25.12.2019, 14:28 - Baxış sayı: 829

“Müasir fəlsəfə problemləri” şöbəsinin yaranmasının 20 illiyi münasibətilə tədbir keçirilib

“Müasir fəlsəfə problemləri” şöbəsinin yaranmasının 20 illiyi münasibətilə tədbir keçirilibBu gün AMEA Fəlsəfə İnstitutunda institutun “Müasir fəlsəfə problemləri” şöbəsinin yaranmasının 20 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə AMEA Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış etmişdir. O, “Müasir fəlsəfə problemləri” şöbəsinin bu günə kimi keçdiyi yola nəzər salaraq, şöbənin bu illər ərzində çox uğurlarının olduğunu, istər kitab və monoqrafiya nəşrləri sahəsində, istərsə də şöbə əməkdaşlarının yerli və xarici elmi konfranslarda fəal iştirak etdiklərini diqqətlərə çatdırıb. Çıxışının sonunda İlham Məmmədzadə şöbə müdiri professor Əli Abasovu və şöbə əməkdaşlarını təbrik edərək, onlara elmi işlərində uğrular arzuladı.
“Müasir fəlsəfə problemləri” şöbəsinin müdiri, f.e.d., professor Əli Abasov çıxış edərək şöbənin yaranmasından bu günə qədər keçdiyi yola nəzər saldı. Bu illər ərzində əldə olunmuş elmi nailiyyətlər, nəşr edilmiş kitablar, monoqrafiya və jurnallar haqqında ətraflı məlumat verən Əli Abasov qeyd edib ki, bu nəşrlərdə bir-birindən dəyərli məqalələr toplanıb. Bu işlərin ərsəyə gəlməsində şöbədə fəaliyyət göstərən alimlərin böyük zəhmətlərinin olduğunu vurğuladı.
Sonra f.e.d., professor Zümrüd Quluzadə və “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin müdiri, f.e.d., professor Rəna Mirzəzadə Azərbaycanda gender bərabərliyi, “Müasir fəslsəfə problemləri” şöbəsinin baş elmi işçisi, f.e.d., professor Əbülhəsən Abbasov “Nəzəri və praktiki fəaliyyətin intellektual əsaslarının formalaşdırılması şöbənin prioritet vəzifəsi kimi” mövzularında çıxış etmişlər.
Sonda Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, fəlsəfə elmləri doktorları Azər Mustafayev, Arzu Hacıyeva, Sakit Hüseynov, Əlikram Tağıyev, s.e.ü.f.d. Məmmədağa Sərdarov, f.ü.f.d, dosent İradə Zərqanayeva, f.ü.f.d.Rövşən Hacıyev və digər çıxışçılar başda şöbə müdiri Əli Abasov olmaqla bütün şöbə əməkdaşlarını təbrik edərək, onlara işlərində uğurlar aruzladılar.
Qeyd edək ki, bu illər ərzində şöbə tərəfindən yüzə yaxın kitab nəşr olunub. Həmin kitablar sərgidə nümayiş edilib.