20.12.2019, 11:43 - Baxış sayı: 705

Akademik Ramiz Mehdiyevin "Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider" əsərinə həsr olunmuş dəyirmi masa keçirilib

Akademik Ramiz Mehdiyevin "Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider" əsərinə həsr olunmuş dəyirmi masa keçirilibAMEA Fəlsəfə İnstitutunda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin "Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider" əsərinə həsr olunmuş dəyirmi masa keçirildi.
Giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək akademik Ramiz Mehdiyevin yazdığı əsər haqqında geniş və ətraflı bəhs etdi. Müzakirəyə çıxarılan əsər haqqında qeyd edərək bildirdi ki, əsər İlham Əliyev fenomeninin elmi cəhətdən qiymətləndirilməsi baxımından təqdirəlayiq haldır. Bugünkü müzakirənin elmimiz və cəmiyyətimiz üçün çox faydalı olduğunu qeyd edən İsa Həbibbəyli, akademikin elmi fəaliyyətinə nəzər salaraq, əsərlərindən nümunələr gətirdi.
Sonra Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə “Akademik Ramiz Mehdiyevin liderlik fəlsəfəsi təlimi” mövzusunda çıxış edərək məqalə haqqında fikirlərini tədbir iştiakçıları ilə bölüşdü. İlham Məmmədzadə qeyd etdi ki, əsərdə liderə baxışın fəlsəfəsi yöndən yanaşılması məsələlərinə də diqqət çəkilir. Həmçinin, liderlik xüsusiyyətlərini iqtisadi, mədəni, siyasi və fəlsəfi baxımdan təhlil edərək, əsərdə bu amillərə toxunulduğunu bildirdi. Əsərin çox dərin mahiyyətini qeyd edən İlham Məmmədzadə əsərdə Azərbaycançılıq ideologiyasının da siyasi və fəlsəfi yöndən geniş təhlil olunduğunu vurğuladı.
Fəlsəfə İnstitutunun “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin müdiri, f.e.d., professor Rəna Mirzəzadə “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran lider” əsəri Azərbaycan siyasətşünaslığında yeni istiqamət kimi” mövzusunda məruzə ilə çıxış edərək əsərdə yüksək liderlik xüsusiyyətlərinə diqqət yetirildiyini və bunun elmi tərəfdən çox incəliklə yazıldığını və burada Prezident İlham Əliyevin siyasi portretinin çəkildiyini vurğuladı.
Sonra mövzu ilə bağlı millət vəkili Qənirə Paşayeva, f.e.d. Füzuli Qurbanov, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, f.e.d, Sakit Hüseynov, f.e.d. Afaq Rüstəmova, f.e.d. Adil Əsədov, s.e.ü.f.d. Məmmədağa Sərdarov və f.ü.f.d. Hüseyn İbrahimov fikir və düşüncələrini bildirdilər.
Sonda Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli yekun sözü ilə çıxış edərək akademik İsa Həbibbəyliyə və digər qonaqlara dəvətlərini qəbul edib gəldikləri üçün təşəkkür edərək, akademik Ramiz Mehdiyevin müzakirə olunan əsəri haqqında fikirklərini dəyrimi masa iştiakçıları ilə bölüşdü.

"Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider"