19.12.2019, 12:20 - Baxış sayı: 802

Yunanıstan səfiri Nikolaos Kanellos Fəlsəfə İnstitutunun qonağı olmuşdur


Yunanıstan səfiri Nikolaos Kanellos Fəlsəfə İnstitutunun qonağı olmuşdurYunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos diplomatik missiyasının başa çatması münasibəti ilə birgə elmi əməkdaşlıq etdiyi AMEA Fəlsəfə İnstitutunun qonağı olmuşdur.
Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə səfiri və qonaqları salamlayaraq qeyd etdi ki, cənab səfir işlədiyi müddətdə bir çox qurumlarla, o cümlədən Fəlsəfə İnstitutu ilə də sıx elmi əməkdaşlıq etmişdir. İ.Məmmədzadə əməkdaşlığımız dövründə birgə seniarların təşkili, Yunan filosoflarına həsr olunmuş yazı müsabiqələrinin keçirilməsi və s. tədbirlər həyata keçirilmişdir deyə, qeyd etmişdir.
Səfir Nikolaos Kanellosa təşəkkür edən İlham Məmmədzadə, ona gələcək diplomatik fəaliyyətində və işlərində uğurlar arzuladı.
Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos birgə əməkdaşlığa və göstərdiyi diqqətə görə Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadəyə və institutun kollektivinə minnətdarlığını bildirdi. Eyni zamanda səfir Nikolaos Kanellos “Diplomatiya ilə fəlsəfənin qarşılıqlı əlaqəsi” mövzusunda çıxış edərək fikirlərini institutu əməkdaşları ilə bölüşdü.
Yunanıstan səfiri Nikolaos Kanellos Fəlsəfə İnstitutunun qonağı olmuşdurSonra Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək Fəlsəfə İnstitutunun kollektivi adından diplomatik xidmətini başa vuran Yunan səfirinə vida ziyarəti üçün instituta gəldiyinə, institutun rəhbərliyi və kollektivi haqqında xoş sözlər dediyinə görə təşəkkür edərək ona şəxsi həyatında və qarşıdakı diplomatik fəaliyyətində uğurlar arzuladı. Azərbaycanda işlədiyi müddətdə şəxsən səfir Nikolaos Kanellos və səfirlik əməkdaşlarına Fəlsəfə İnstitutu ilə yaxından əməkdaşlıq etməsinin həm də xalqlarımızın dostluq münasibətlərinin, həm də xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini vurğuladı.
Həmçinin görüş zamanı bir müddət öncə Fəlsəfə İnstitutu ilə Yunanıstanın Azərbaycandakı Səfirliyinin gənc tədqiqatçılar üçün elan etdiyi “Qədim Yunan filosoflarına” həsr olunmuş müsabiqənin qaliblərinə sertifikatlar təqdim edildi.
Qeyd edək ki, müsabiqə iştirakçılarından AMEA Fəlsəfə İnstitutunun əməkdaşları Ceyran Hüseynli “Qədim Yunan filosofları – Sofokl”, Toğrul Salmanzadə “Aristotel ideal cəmiyyət və dövlət anlayışları haqqında”, “Hafizə İmanova Yunan miflərinə fəlsəfi baxış”, Leyla Zeynalova “Aristotelin siyasi fəlsəfəsinin elmi əsasları” və siyasi elmlər üzrə fəlsfə doktoru Günel Məlikli “Ədalətlilik və qeyri ədalətlilik anlayışı” mövzusunda çıxış etmişdilər.
Yunanıstan səfiri Nikolaos Kanellos Fəlsəfə İnstitutunun qonağı olmuşdur
Yunanıstan səfiri Nikolaos Kanellos Fəlsəfə İnstitutunun qonağı olmuşdur
Yunanıstan səfiri Nikolaos Kanellos Fəlsəfə İnstitutunun qonağı olmuşdur
Yunanıstan səfiri Nikolaos Kanellos Fəlsəfə İnstitutunun qonağı olmuşdur
Yunanıstan səfiri Nikolaos Kanellos Fəlsəfə İnstitutunun qonağı olmuşdur