14.09.2018, 12:28 - Baxış sayı: 1048

“Psixoloji məsləhətə giriş”


“Psixoloji məsləhətə giriş”Elnur Rüstəmov və Nərmin Quliyevanın “Psixoloji məsləhətə giriş” (Bakı. 2018, 176 səh. ADMİU-nun mətbəəsi - II nəşr) adlı monoqrafiyası nəşr edilmişdir.
Monoqrafiyada praktik psixoloqun peşəkar fəaliyyətinə qoyulan tələblər, pxisoloq otağının tərtibatı və psixoloji məsləhət prosesi, psixokorreksiya nəzəriyyələrinin əsas istiqamətləri, psixoloji məsləhət zamanı etik prinsiplər və etik standartlardan bəhs olunur. Bu monoqrafiya, praktik psixoloqlar, psixologiya sahəsində təhsil alan tələbələr və psixologiya ilə maraqlanan şəxslər tərəfindən istifadə edilə bilər.
Monoqrafiyanın elmi redaktoru tibb elmləri doktoru, professor Fuad İsmayılov, rəyçiləri əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Rəfiqə Əzimova, psixologiya üzrə fəlsəfə dokoturu Südabə Hüseynova, redaktoru isə klinik psixoloq Narınc Rüstəmovadır.
Qeyd edək ki, monoqrafiya AMEA Fəlsəfə İnstitutunun Elmi Şurasının 2017-ci il tarixli iclasında (6 saylı protokol) müzakirə edillmiş və çapa məsləhət görülmüşdür.