“Gələcəyin konsepsiyalarında mədəniyyət amili” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib
Oktyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində “Gələcəyin konsepsiyalarında mədəniyyət amili” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi.
Konfrans Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) və AMEA-nın Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşdi.
MEMİM-in direktoru Asif Usubəliyev tədbiri açıq elan edərək bildirdi ki, mədəniyyət dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, insanları bir araya gətirən qüvvədir...
Sonra AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə çıxış edərək mədəniyyət sahəsində görülən işlərin bu gündən daha çox gələcəyə hesablanmalı olduğunu bildirdi. Mədəniyyətin fəlsəfəsi ilə Fəlsəfə İnstitutunda müəyyən tədqiqatların aparıldığını deyən İlham Məmmədzadə qeyd edib ki, bu olduqca vacib məsələlərdən biridir. Çünki bir işin fəlsəfəsini müəyyən etmədən o işi dərk edərək həyata keçirmək qeyri-mümkündür. Milli mədəniyyət amilinə toxunan professor bu sahədə də bir çox işlərin görüldüyünü qeyd etdi.
Konfransda millət vəkili Qənirə Paşayeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, AMEA Folklor İnstitutnun direktoru, akademik Muxtar İmanov, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Rəna Abdullayevanın çıxışları dinlənildi.
Qeyd olundu ki, gələcəyin konsepsiyalarının formalaşdırılması və mədəniyyət amilinin önə çəkilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir. Dünyanın bir çox aparıcı elm, təhsil və mədəniyyət müəssisələrindən dəvət olunan alim, tarixçi, həmçinin mədəniyyət xadimləri tərəfindən gələcək konsepsiyalar üçün aparılan müzakirələr mühüm əhəmiyyət kəsb edir.
Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Müasir Azərbaycan mədəniyyətlərin kəsişməsində”, Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin professoru Tair Maxamatovun “Mədəniyyət və svilizasiya anlayışlarının fərqli və oxşar cəhətləri”, Qazaxıstan Respublikası Tarix İnstitutunun elmi katibi Anara Qabdullinanın “Türk xalqlarının mənəvi dirçəlişi üçün “Ruxani janğıru” proqramının reallaşdırılması”, Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Eynulla Mədətlinin “Heydər Əliyevin irsində milli mədəniyyət və azərbaycançılıq”, Fəlsəfə İnstitutunun şöbə müdiri, f.e.d. Füzuli Qurbanovun “Azərbaycan mədəniyyətinin strateji aspektdə, dünya mədəniyyəti sistemində yeri və rolu”, Fəlsəfə İnstitutunun baş elmi işçisi, f.e.d., professor Əbülhəsən Abbasovun “Gələcəyin konsepsiyalarında epistemoloji müəyyənlik və bütövlük problemləri”, Fəlsəfə İnstitutunun şöbə müdiri, f.e.d., professor Əli Abasovun “Mədəniyyət fəlsəfəsinin əsas obyekti kimi”, Fəlsəfə İnstitutunun şöbə müdiri, f.ü.f.d., dosent Zöhrə Əliyevanın “Mədəniyyətlərarası kommunikasiyaların futurologiyası haqqında” və başqalarının məruzələri dinlənildi.
Sonda iştirakçılar "Kapellhaus" Azərbaycan-Alman Mədəniyyət Mərkəzi, Bakı Amerika Mərkəzi, Misir, Rusiya və Fransanın mədəniyyət mərkəzlərinin fəaliyyətini əks etdirən sərgi ilə tanış oldular.