16.10.2019, 21:35 - Baxış sayı: 907

Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda tədbir keçirilib


Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və  müasirlik” mövzusunda tədbir keçirilib15 oktyabr 2019-cu il tarixində AMEA-nın Fəlsəfə İnstitutu və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatcılığı ilə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev irsi: müstəqil dövlətcilik və müasirlik” mövzusunda tədbir kecirilmişdir.
AMEA Fəlsəfə İnstitutundan “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, Yeni Azərbaycan Partiyasının Fəlsəfə İnstitutu Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, aparıcı elmi işci Sənan Həsənov, Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva, Şirvan şəhər İcra hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov, Şirvan Dövlət Hümanitar və İqtisadiyyat Kollecinin rəhbərliyi, əməkdar müəllim Mehran Əhməd qızı, şəhər ziyalıları və Şirvan Dövlət Hümanitar və İqtisadiyyat Kollecinin coxsaylı kollektivi qatılmışlar.
Tədbir iştiakçıları öncə Şirvan Şəhər Heydər Əliyev Mərkəzində və Şirvan Dövlət Hümanitar və İqtisadiyyat Kollecində ulu öndər Heydər Əliyevin zəngin siyasi-dövlətcilik irsinə dair geniş sərgi ilə tanış oldular.
Sərgi ilə tanışlıqdan sonra Adəm Hüseynov bu əlamətdar günün dövlətciliyimiz və xalqımız ücün əhəmiyyəti haqqında giriş nitqi söylədi. Sonra Şirvan Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva cıxış edərək ulu öndər Heydər Əliyevin qurucusu və memarı olduğu Azərbaycan dövlətinin 28 ildə kecdiyi şanlı yola nəzər salaraq ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin müasir dövlətciliyimizin inkişafındakı roluna dair təhlillər apardı.
Sonra çıxış edən YAP Fəlsəfə İnstitutu Təşkilatının sədri, s.e.ü.f.d. Sənan Həsənov ulu öndər Heydər Əliyevin siyasi-dövlətçilik fəaliyyətinin müzakirəsinə və ziyalılarla gənclərin görüşünə dair kecirilən tədbirlərə hər zaman böyük ehtiyac olduğunu bildirdi. O, zaman keçdikçə Heydər Əliyev irsinə tək ölkəmizdə yox, ölkəmizin hüdudlarından kənarda da edilən müraciətlərin elmi əsaslarına toxunaraq, Ulu Öndərin xilaskarlıq və müdriklik missiyasının xalqımız və dövlətimiz üçün müstəsna əhəmiyyətini sovet dövrü və müstəqillik dövrü ilə müqayisəli şəkildə təhlil etdi. Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və  müasirlik” mövzusunda tədbir keçirilibF.e.d.Füzuli Qurbanov milli özünüdərk prosesində Heydər Əliyevin siyasi irsinin fəlsəfi aspektlərini təhlil edərək bildirdi ki, millətin tarixi yaddaşı onun xilaskarının, öndərinin fəaliyyətinə dair təfəkkürünün formalaşması ilə bilavasitə bağlıdır. F.Qurbanov bildirdi ki, Heydər Əliyev irsinin əxz edilməsinin Azərbaycan dövlətcilik ənənəsi kontekstində böyük əhəmiyyət daşıyır. Bu 5 minillik dövlətçilik ənənəsinə malik olan Azərbaycanda müasir mərhələdə müstəqil dövlət quruculuğu baxımından strateji əhəmiyyət kəsb edir.
Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və  müasirlik” mövzusunda tədbir keçirilibƏməkdar müəllim Mehran Əhməd qızı çıxış edərək günü-gündən inkişaf edən Azərbaycan dövlətinin dünya dövlətləri içərisində yerinə və bu istiqamətdə Prezident İlham Əliyevin çevik siyasi kursuna dair fikirlər söylədi. Bütövlükdə tədbir iştirakçıları əsası Ulu Öndər tərəfindən qoyulmuş xalq-prezident birliyinin yenilməzliyinə və bu birliyin bu gün də davam etməsinin qarşımızdakı bütün hədəflərə nail olmağımız ücün nicat yolu olduğu və torpaqlarımızın işğaldan azad ediləcəyinə zəmin yaradacağına əminliyini ifadə etdilər. Gənc şairə Nahidə Məmmədova Ulu Öndərə olan sonsuz xalq məhəbbətinin ifadəsi olan şeirlər söylədi. Tədbirin bədii hissəsində Şirvan Dövlət Hümanitar və İqtisadiyyat Kollecinin tələbələrindən ibarət qrup musiqi nömrələri ilə tədbirə xoş ovqat bəxş etdi.
Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və  müasirlik” mövzusunda tədbir keçirilib
Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və  müasirlik” mövzusunda tədbir keçirilib
Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və  müasirlik” mövzusunda tədbir keçirilib
Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və  müasirlik” mövzusunda tədbir keçirilib
Şirvan şəhərində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və  müasirlik” mövzusunda tədbir keçirilib