“Millət, milli mədəniyyət və milli fəlsəfə: anlayışların təhlili” mövzusunda seminar keçirildi
Bu gün AMEA Fəlsəfə İnstitutunda f.e.d. Zümrüd Quluzadənin “Millət, milli mədəniyyət və milli fəlsəfə: anlayışların təhlili” mövzusunda seminarı keçirildi.
Seminarı AMEA Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq çıxış üçün sözü Zümrüd Quluzadəyə verdi.
Zümrüd Quluzadə öz məruzəsində millət anlayışının yerli və dünya ədəbiyyatlarında hansı formada yer almasından, Azərbaycan ədəbiyyatının, fəlsəfəsinin və mədəniyyətinin inkişafından söz açaraq bütün bu anlayışların tarixdə özünə yer tutduğunu bildirdi. Xalq anlayışına da toxunan Z.Quluzadə bildirdi ki, zaman-zaman bu anlayış müxtəlif formalarda qeyd edilib. XX əsrin əvəllərinə kimi xüsusən şərq ölkələrində xalq anlayışını dini terminlə əvəz edilməsi məsləsinə toxunan məruzəçi, bunun doğru olmadığı qənaətində olduğunu bildirdi. Məruzəsinin sonunda milli fəlsəfə və milli mədəniyyət anlayışları haqqında danışaraq bu sahələrdə də bir çox işlərin görüldüyünü vurğuladı.
Akademik Nərgiz Axundova çıxış edərək mövzu ilə bağlı fikir və mülahizələrini seminar iştirakçıları ilə bölüşdü.
Sonra biologiya üzrə fəlsəfə doktoru, dosent Nurməmməd Mustafayev, t.ü.e.d., dosent Xəliyəddin Xəlilli, h.e.d., professor İsaxan Vəliyev, f.e.d. Adil Əsədov, f.e.d., professor Əbülhəsən Abbasov, f.e.d. Füzuli Qurbanov, f.ü.f.d, dosent Nicat Məmmədov və digər çıxışçılar mövzu ətrafında çıxış etdilər.