“Hüquqi təfəkkürün psixoloji və sosial determinantları” adlı monoqrafiya nəşr olunub
Bu günlərdə AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Fikrət Nəbiyevin “Hüquqi təfəkkürün psixoloji və sosial determinantları” (ADPU nəşriyyatı. Bakı.2019. 200səh.) adlı monoqrafiyası nəşr olunub.
Monoqrafiya hüquqi təfəkkürün insanlar arasındakı münasibətlərin formalaşmasına, həlli zəruri olan hüquqi problemlərin irəli sürülməsinə, movcud həyat şəraitinə uyğun qaydaların yaradılmasına istiqamətlənən idrak prosesinə həsr olunub.
Burada problemin araşdırılması bir tərəfdən hüquq elminin inkişafına xidmət edirsə, başqa bir tərəfdən hüquq təhsilinin metodoloji cəhətdən təkmilləşməsinə xidmət edir.
Ölkəmizdə ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi dövlət quruculuğu problemi hüquqi təfəkkürün inkişafı prosesində aktual əhəmiyyət kəsb edir.
Monoqrafiya dövlət və hüquq nəzəriyyəsi, fəlsəfə, politologiya fənləri tədris olunan müəssisələrin tələbələri, müəllimləri və tədqiqatçı alimlər üçün nəzərdə tutulmuşdur.
AMEA-nın Fəlsəfə İnstitutunun Elmi Şurasının 27 iyun 2019-cu il tarixli iclasının qərarına əsasən (pr №6) nəşr olunan monoqrafiyanın elmi redaktorları AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, professor Arif Bünyatov, Bakı Biznes Universitetinin “Humanitar elmlər kafedrası”nın müdiri, dosent Əzim Piriyev, Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Əbülfəz Hüseynov, rəyçiləri BBU-nun elmi işlər üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Abbasova Məleykə Nazim qızı, AMEA Elm Tarixi İnstitutunun baş elmi işçisi, hüquq elmləri doktoru Zaur Məmmədov, AMEA Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru İlham Əliyev və Bakı Biznes Universiteti “Humanitar elmlər kafedrası”nın müəllimi, hüquq üzrə fəlsəfə doktoru Hüseynova Könül Taryel qızıdır.