04.07.2019, 23:47 - Baxış sayı: 1190

Çinli alimlər Fəlsəfə İnstitutunun qonağı olublar


Çinli alimlər Fəlsəfə İnstitutunun qonağı olublarAzərbaycanda səfərdə olan Çin Sosial Elmlər Akademiyasının (SEA) Sosial Siyasət və Hüquqi Araşdırmalar akademik bölməsinin direktoru Li Peilin, Çin SEA Sosiologiya İnstitutunun direktoru Cen Xuanji, həmin müəssisənin əməkdaşı Tian Fenqin və Şanxay Akademiyasının vitse-prezidenti Kebin Zhao AMEA Fəlsəfə İnstitutunun fəaliyyəti və elmi tədqiqatları ilə yaxından tanış olmaq üçün iyulun 4-də Fəlsəfə İnstitutunda olmuşlar.
Fəlsəfə İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə qonaqları İnstitutda görməkdən məmnunluğunu ifadə edib. İnstitutun fəaliyyəti və tarixi ilə maraqlanan çinli alimlərə ətraflı məlumat verən İ.Məmmədzadə rəhbərlik etdiyi müəssisənin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətindən və bu fəaliyyətlərin nəticəsi olaraq elmi konfransların keçirilməsindən danışıb.
Fəlsəf İnstitutunda olmaqdan məmnunluqlarını dilə gətirən qonaqlar, qonaqpərvərliyə görə institut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Çinli alimlərin hər biri ayrı-ayrılıqda təmsil etdikləri elmi müəssisənin fəaliyyəti və tədqiqat sahələri haqqında azərbaycanlı alimlərə geniş məlumat verdilər.
Görüşdə Fəlsəfə İnstitunun elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dosent Eynulla Mədətli, elmi katib f.ü.f.d., dosent Sevinc Həsənova, f.e.d. Rəfiqə Əzimova, f.e.d. Füzuli Qurbanov, f.e.d., professor Əli Abasov, f.ü.f.d. Zöhrə Əliyeva, f.ü.f.d., dosent Anar Qafarov, f.ü.f.d. Əntiqə Paşayeva, f.ü.f.d. Şölət Zeynalov, s.e.ü.f.d. Anar Bağırov və Davamlı İnkişafın fəlsəfəsi şöbəsinin kiçik elmi işçisi Hafizə İmanova iştirak etmişlər.
Çinli alimlər Fəlsəfə İnstitutunun qonağı olublar
Çinli alimlər Fəlsəfə İnstitutunun qonağı olublar
Çinli alimlər Fəlsəfə İnstitutunun qonağı olublar