Fəlsəfə İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
İyulun 3-də Mərakeş Krallığının Azərbaycandakı səfirliyinin müşaviri Faouzi Touiger AMEA Fəlsəfə İnstitutunda olmuşdur.
Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə qonağı salamlayaraq, Fəlsəfə İnstitutunda görməkdən məmnun olduğunu ifadə edib.
Qonağa institutun tarixi, elmi fəaliyyəti, aparılan tədqiqat işləri haqqında ətraflı məlumat verən İ.Məmmədzadə, həmçinin beynəlxalq əlaqələr sahəsində görülən işlərdən, xarici ölkələrin elmi müəssisələri ilə qurulan əlaqələrdən, birgə keçirilən beynəlxalq elmi konfranslardan söhbət açıb. Beynəlxalq münasibətlər sahəsində Mərakeşin elm ocaqları ilə də birgə konfarınslar keçirə biləcəklərinin mümkün olduğunu qeyd etdi.
İ.Məmmədzadə Mərakeş alimlərinin elmi tədqiatlarının Azərbaycanda yayılması məqsədi ilə Fəlsəfə İnstitutunun üç dildə fəaliyyət göstərən internet saytında dərc edilməsini birgə fəaliyyət baxımından müsbət hal kimi qiymətləndirdi.
Qonaqpərvərliyə görə institut rəhbərliyinə təşəkkür edən müşavir, öncə ölkəsi haqqında görüş iştirakçılarına ətraflı məlumat verdi. Mərakeşdə fəaliyyət göstərən universitetlərlə bağlı danışan qonaq bu sahədə birgə əməkdaşlığın mümkün olduğunu bildirdi.
Görüşdə Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dosent Eynulla Mədətli, elmi katib f.ü.f.d., dosent Sevinc Həsənova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri f.ü.f.d Zöhrə Əliyeva, Azərbaycan fəlsəfə tarixi şöbəsinin müdiri, f.e.d. Arzu Hacıyeva və İdrak nəzəriyyəsi şöbəsinin müdiri, f.e.d. Füzuli Qurbanov iştirak etmişdir.