03.07.2019, 10:25 - Baxış sayı: 1149

“Qeyri-səlis məntiq konsepsiyasının elmi metodoloji əsasları” adlı monoqrafiya nəşr olunub


“Qeyri-səlis məntiq konsepsiyasının elmi metodoloji əsasları” adlı monoqrafiya nəşr olunubAMEA Fəlsəfə İnstitutunun Məntiq şöbəsinin əməkdaşı, fəlsəfə elmləri doktoru, professor Arif Büniyatovun rus dilində “Qeyri-səlis məntiq konsepsiyasının elmi metodoloji əsasları” adlı monoqrafiyası (Bakı-2019) nəşr olunub.
Fəlsəfə İnstitutunun Elmi Şurasının 23 aprel 2019-cu il tarixli iclasının 5 saylı qərarına əsasən çap olunan kitabın elmi redaktoru Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, rəyçiləri isə fəlsəfə elmləri doktoru, professor Əziz Məmmədov, fəlsəfə elmləri doktoru, professor Əli Abasovdur.
Monoqrafiyada L.Zadənin qeyri-səlis məntiqi konsepsiyasının konseptual və metodoloji xüsusiyyətləri araşdırılır.