24.06.2019, 12:53 - Baxış sayı: 1088

Bolqarıstan Elmlər Akademiyasının alimləri Fəlsəfə İnstitutunda olublar

Bolqarıstan Elmlər Akademiyasının alimləri Fəlsəfə İnstitutunda olublarAMEA Fəlsəfə İnstitutunda beynəlxalq elmi əməkdaşlıq sahəsində müştərək elmi tədqiqat layihəsi çərçivəsində Bolqarıstan Elmlər Akademiyasının Cəmiyyət və Elmin Tədqiqi İnstitutunun direktor müavini Albena Nakovanın və həmin institutun “Sosial nəzəriyyələr, strategiyalar və proqnozlar” şöbəsinin müdiri Boqdana Todorova Fəlsəfə İnstitunun qonağı olublar.
Fəlsəfə İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə qonaqları salamlayaraq, İnstitutunun fəaliyyətinə dair geniş məlumat verdi. Görüş zamanı İ. Məmmədzadə gələcəkdə birgə əməkdaşlıq sahəsində bir sıra ortaq elmi layihələrin həyata keçirə biləcəklərini qeyd etdi.
İ.Məmmədzadə “Müasir dövrün çağırışları Azərbaycan və Bolqarıstan fəlsəfəsi kontekstində” mövzusunda beynəlxalq elmi konfransda iştiraklarına görə Albena Nakovaya və Boqdana Todorovaya sertifikat təqdim etdi.
Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova və digər əməkdaşlar bir sıra məsələlər ətrafında fikir və mülahizələrini qonaqlarla bölüşdülər.
Qeyd edək ki, görüşdə Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin Şərq ölkələri ilə əlaqələr şöbəsinin müdiri Bünyamin Seyidov, Fəlsəfə İnstitutunun şöbə müdirləri - f.e.d. Afaq Rüstəmova, f.e.d. Adil Əsədov, f.e.d. Dilarə Müslümzadə, f.ü.f.d., dosent Sevinc Həsənova, f.ü.f.d. Zöhrə Əliyeva, f.ü.f.d., dosent Həbib Hüseynov, i.ü.f.d., Əhməd Qəşəmoğlu, siyasi.e.ü.f.d. Güldanə Babayeva, direktor müavini Qabil Camalov, siyasi.e.ü.f.d Günel Məlikli və digərləri də iştirak ediblər.
Yüksək diqqət və qayğıya görə institutun rəhbərliyinə minnətdarlıq edən qonaqlar burada olmaqdan məmnun olduqlarını və gələcəkdə də elmi sahədə birgə əməkdaşlıq edəcəklərini qeyd etdilər.