“Müasir dövrün çağırışları Azərbaycan və Bolqarıstan fəlsəfəsi kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirildi
19 iyun 2019-ci il tarixində AMEA Fəlsəfə İnstitutunda beynəlxalq elmi əməkdaşlıq sahəsində müştərək elmi tədqiqat layihəsi çərçivəsində “Müasir dövrün çağırışları Azərbaycan və Bolqarıstan fəlsəfəsi kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Konfransda Bolqarıstan Elmlər Akademiyasının Cəmiyyət və Elmin Tədqiqi İnstitutunun direktor müavini Albena Nakovanın və həmin institutun “Sosial nəzəriyyələr, strategiyalar və proqnozlar” şöbəsinin müdiri Boqdana Todorova iştirak edirdilər.
Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qonaqları salamlayaraq onları Azərbaycan Milli Elmlər Akademiyasında görməkdən məmnun olduğunu söylədi. Bolqarıstan-Azərbaycan elmi əlaqələrindən, bu sahədə görülən işlərdən danışan İsa Həbibbəyli, tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək Azərbaycan-Bolqarıstan alimlərinin birgə çalışmalarının uğurlu addım olduğunu diqqətlərə çatdırdı.
Sonra Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə “Gələcəkdə dünya nizamı və mədəniyyətlərin qarşılıqlı fəaliyyəti” mövzusunda çıxış etdi.
Daha sonra fəlsəfə elmləri doktoru, professor Zümrüd Quluzadənin “Postsovet elmi məkanında fəlsəfənin inkişaf qanunauyğunluqları və fəlsəfə tarixi elminin problemləri”, Bolqarıstan Elmlər Akademiyasının Cəmiyyət və Elmin Tədqiqi İnstitunun direktor müavini Albena Nakovanın “Multi-etnik cəmiyyətlərdə kütləvi miqraişığında fərqlilik problemi”, fəlsəfə üzrə fəlsəfə doktoru Zöhrə Əliyevanın “Müasirliyin qlobal çağırışları və milli maraqlar”, Bolqarıstan Elmlər Akademiyasının “Sosial nəzəriyyələr, strategiyalar və proqnozlar”. Bolqarıstan Elmlər Akademiyasının Cəmiyyət və Elmin Tədqiqi İnstitunun “Sosial nəzəriyyələr, strategiyalar və proqnozlar” şöbəsinin müdiri Boqdana Todorovanın “Bolqarıstanda fəlsəfə kontekstində müasir problemlər”, fəlsəfə üzrə fəlsəfə doktoru Şöhlət Zeynalovun “Dialoq fəlsəfəsi müasir çağırışların prioteti kimi” mövzusunda məruzələri dinlənildi.