"Müasir siyasətin və etikanın aktual problemləri" (elmi-nəzəri məqalələr toplusu) kitabı işıq üzü görüb
AMEA Fəlsəfə İnstitutunun “Müasir siyasətin fəlsəfəsi” və “Etika” şöbələrinin birgə hazırladığı elmi-nəzəri məqalələr toplusunda ulu öndər Heydər Əliyevin müasir Azərbaycanı güclü dövlətə çevirən milli inkişaf siyasəti, milli dirçəliş fəlsəfəsi, azərbaycançılıq ideologiyası, etik siyasət məsələləri, Azərbaycan cəmiyyətinin XXI əsrdə sosiomədəni və iqtisadi uğurları, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin modernləşmə xətti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə baxışlar, postsovet dövründə avrasiyaçılıq məsələsinə yanaşmalar, innovasiya və yaradıcılıqda qadınların dəyişkənliyin aparıcı qüvvəsi olması, Avropa dövlətlərində islamofobiyanın təzahürləri və səbəbləri, qlobal miqrasiya böhranı, Qərbə inteqrasiya və s. bu kimi siyasi, etik problemlərin elmi-nəzəri tədqiq və təhlilini ehtiva edən məqalələr təqdim olunur. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə ithaf olunan kitabının ön söz əvəzinin müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.
AMEA Fəlsəfə İnstitutunun Elmi Şurasının 25 may 2018-ci il tarixli 4№-li protokolunun qərarı ilə nəşr olunan toplunun redaksiya heyəti İ.Məmmədzadə (elmi məsləhətçi), R.Mirzəzadə (elmi redaktor), Q.Paşayeva (elmi redaktor), D.Müslümzadə (redaktor), L.Mövsümova (redaktor), S.Kadıyeva (məsul katib), H.Həmidov, T.Qasımova, A.Məmmədova, A.Bağırova, D.Həşimov, S.Quliyeva, N.Əlicanova və Ş.Əsgərovadır (operator).