17.05.2019, 12:14 - Baxış sayı: 775

İlham Məmmədzadə MDB-yə üzv dövlətlərin yaradıcı və elmi ziyalılarının XIV Forumunda iştirak etmişdir


İlham Məmmədzadə MDB-yə üzv dövlətlərin yaradıcı və elmi ziyalılarının XIV Forumunda iştirak etmişdir15-16 may tarixlərində Aşqabad şəhərində Türkmənistanın Birliyə sədrliyi çərçivəsində “Birlik ölkələrində ümumi humanitar məkan: mədəniyyət, təhsil və elm sahələrində dialoq” mövzusunda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin yaradıcı və elmi ziyalılarının XIV Forumu keçirilmişdir.
Forumda MDB ölkələrindən 200-ə yaxın nümayəndə, o cümlədən görkəmli ictimai xadimlər, incəsənət ustaları, alimlər, mədəniyyət müəssisələrinin, elm və təhsil mərkəzlərinin rəhbərləri, media nümayəndələri iştirak etmişdir.
XIV Forumda Azərbaycanın görkəmli alimlərindən, mədəniyyət işçilərindən, mətbuat nümayəndələrindən və qeyri-hökumət təşkilatlarından ibarət nümayəndə heyətinin tərkibində AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə də iştirak etmişdir. Forumun spikeri qismində iştirak edən İ.Məmmədzadə “Yeni ipək yolu və mədəni-tarixi ideologemlər” mövzusunda məruzə ilə çıxış etmişdir.
İlham Məmmədzadə MDB-yə üzv dövlətlərin yaradıcı və elmi ziyalılarının XIV Forumunda iştirak etmişdir