Eynulla Mədətli: Heydər Əliyev Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan tarixində, Azərbaycan xalqının hər bir övladının taleyində xüsusi rolu olub.
Bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli deyib.
O bildirib ki, hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi zamanlarda Heydər Əliyev xalqın sevgisini qazanmışdı. O dövrdə partiya rəhbərlərini sevmirdilər. Ancaq Heydər Əliyev öz əməli ilə, şəxsiyyətinin ucalığı ilə, gördüyü işlərin milli mahiyyəti, xalqa bağlılığı ilə bu sevgini qazanmışdı. Heydər Əliyev səmimiyyəti ilə xalqı ilə özü arasında körpü yarada bilmişdi. Onun sadə insanlarla, kolxozçularla görüşü, bölgələrə səfərləri zamanı bu sevgini açıq- aydın görmək olurdu.
Eynulla Mədətli qeyd edib ki, o dövrdə Ümummilli Lider Moskvaya, SSRİ-nin idarəçiliyinə dəvət olunanda xalqımız onunla fəxr edirdi. Çünki Nəriman Nərimanovdan sonra ilk dəfə Azərbaycan övladı Moskvada - Kremldə rəhbər vəzifəyə təyin olunurdu. Heydər Əliyev oradan da daim öz xalqını, millətini düşünürdü, verdiyi qərarlarla, həyata keçirdiyi işlərlə Azərbaycanın inkişafına dəstək verirdi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onun həyata keçirdiyi siyasət nəticəsində ölkə daxilində baş verən proseslər tənzimləndi, daxili hərc-mərcliyə son qoyuldu, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən qurtardı. Azərbaycan dünyanın siyasi arenasında özünü müstəqil dövlət kimi təsdiqlədi. Onun qoyduğu siyasi kurs bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Eynulla Mədətli vurğulayıb ki, Heydər Əliyev Azərbaycan xalqının tarixində silinməz iz qoyub. O, öz əməli işləri ilə Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Azertag.az