08.05.2019, 15:38 - Baxış sayı: 1125

Fəlsəfə İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə dəyirmi masa keçirildi

Fəlsəfə İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü  münasibətilə dəyirmi masa keçirildiBu gün AMEA Fəlsəfə İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə dəyirmi masa keçirildi.
Konfransı açıq elan edən Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə ümummilli lider Heydər Əliyevin Azərbaycanın milli-mənəvi dəyərlərinə, maddi mədəniyyət abidələrinə xalqın, millətin varlığının təcəssümü kimi həmişə böyük diqqət və qayğı göstərdiyini vurğuladı.
Ulu Öndərin alimlərə qayğısından danışan İlham Məmmədzadə bildirib ki, Bakıya qayıtdıqdan sonra ilk görüş yerlərindən biri kimi məhz Azərbaycan Milli Elmlər Akademiyasını seçən ümummilli lider Azərbaycanın humanitar və ictimai elmlərinin yeni dövrün tələblərinə uyğunlaşdırılması, azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin inkişafı ilə bağlı alimlər qarşısında yeni tələblər müəyyənləşdirmişdir. Ulu öndər Heydər Əliyev həmin görüşdən sonra elm xadimlərinə davamlı qayğı göstərmiş, onların problemlərinin həlli, habelə AMEA-nın elmi-tədqiqat institutlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirdiyini qeyd edən İ.Məmmədzadə Ulu öndərin 1997-ci il yanvarın 31-də AMEA-da alimlərlə görüşünün unudulmaz hadisəyə çevrildiyini diqqətlərə çatdırdı.
Daha sonra Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətli ulu öndər Heydər Əliyevin yürütdüyü xarici siyasətdən, bu siyasətin nəticəsində əldə olunan uğurlardan danışdı.
Daha sonra fəlsəfə elmləri doktoru Adil Əsədov, ümumişlər üzrə direktor müavini Qabil Camalov, fəlsəfə üzrə fəlsəfə doktoru Əli İbrahimov, s.ü.f.d. Sənan Həsənov, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, fəlsəfə elmləri doktoru, professor Azər Mustafayev və digər əməkdaşlar çıxış edərək Ümummilli liderin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan, yürütdüyü uğurlu daxili və xarici siyasətdən danışaraq Ulu öndərin adının tarixə əbədi həkk olunduğunu qeyd etdilər.