03.05.2019, 14:37 - Baxış sayı: 1059

“Estetika” şöbəsində "Heydər Əliyev və Azərbaycan incəsənəti" mövzusunda seminar keçirildi


“Estetika” şöbəsində "Heydər Əliyev və Azərbaycan incəsənəti" mövzusunda seminar keçirildiAprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun “Estetika” şöbəsində "Heydər Əliyev və Azərbaycan incəsənəti" mövzusunda seminar keçirildi. Tədbirdə çıxış edən “Estetika” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Adil Əsədov vurğulamışdır ki, xalqımızın ulu öndəri Heydər Əliyevin anadan olduğu gün hər il Azərbaycan Milli Elmlər Akademiyasında ən müxtəlif tədbirlərin keçirilməsi ilə qeyd olunur. Bu bizim keçirdiyimiz seminar bu sırada çox yəqin ki, ilk tədbirdir. Ulu öndəri Heydər Əliyevin fəaliyyəti coxcəhətlidir. Onun ən böyük xidməti isə Azərbaycançılıq ideologiyası əsasında müasir Azərbaycan dövlətinin əsl memarı olmasındadır. 90-cı illərin astanasında parçalanmaqda olan Azərbaycan xalqını o, öz ətrafında bötöv bir millət olaraq birləşdirdi. Adil Əsədov həmçinin qeyd etdi ki, şöbəmiz “Estetika” şöbəsi olduğundan Ulu Öndərin estetik baxışlarını tədqiq etməli, gənc nəslin estetik tərbiyəsində önların önəmini diqqət mərkəzinə çıxarmalıyıq. “Estetika” şöbəsində "Heydər Əliyev və Azərbaycan incəsənəti" mövzusunda seminar keçirildi
Şöbənin elmi işçisi Almaz Məlikova “Heydər Əliyev və kino sənəti” mövzusunda çıxış edərək bildirdi ki, ümummilli lider Heydər Əliyev milli mədəniyyətimizi və müxtəlif sənət növlərini, təkrarolunmaz sənət əsərlərini Azərbaycan xalqının əvəzolunmaz sərvəti kimi hesab edirdi. Heydər Əliyev kino sənətini başqa sənət növləri arasında yüksək qiymətləndirirdi və eyni zamanda, Azərbaycan kinematoqrafçılar tərəfindən yaradılan və xalqımızın tarixi keçmişindən və müasir həyatından bəhs edən onlarla yüksək keyfiyyətli ekran əsərlərinin vacibliyini xüsusi olaraq vurğulayırdı. Ümummilli lider Heydər Əliyevin və dövlət başçımız İlham Əliyevin Azərbaycan kinematoqrafiyasının inkişafında rolundan geniş bəhs etdi. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün təməlini qoymuş, milli mədəniyyətimizin, xalqımızın mənəvi irsini dünya miqyasında təbliğ etməyə çalışırdı. Ulu öndərin bu münasibətinə görə Azərbaycan ədəbiyyatı, musiqisi, təsviri və xalq sənəti, kino və teatr sənəti dünya miqyasında şöhrət qazanmışdır.
“Estetika” şöbəsində "Heydər Əliyev və Azərbaycan incəsənəti" mövzusunda seminar keçirildiŞöbənin elmi işçisi Yasmina Melikova “Heydər Əliyev və onun teatr, sənət haqqında olan düşüncələri” mövzusunda çıxış etdi. Çıxışında Ümumilli lider Heydər Əliyevin Azərbaycan teatr sənətinin inkişafında oynadığı roldan, teatr xadimlərinə qarşı olan diqqətindən və bu sənətə aid irəli sürdüyü müxtəlif fəlsəfi düşüncələrdən bəhs etdi. Eləcə də qeyd olundu ki, Heydər Əliyev teatr sənətini başqa incəsənət növləri arasında yüksək qiymətləndirib, teatr kollektivlərinə və onların repertuarlarına xüsusi diqqət ayırırdı. Həmçinin məruzədə bir sıra tanınmış sənət adamlarının dövlət başçısı haqqında olan xatirələri və xoş sözləri də əhatə olunub.
Yasmina Melikova çıxışında Ümumilli liderimizin bir sıra ibrətamiz sözlərini xatırlatdı: “Teatrı çox sevirəm. Bu sevgi mənim içimdə daim yaşayacaq, bu mənim mənəvi qidamdır. Mədəniyyət bəşəriyyətin topladığı mənəvi zənginliklə bütün xalqları bir araya yığır. Sənətdə hər kəsin öz yeri var. Heç kim başqasının yerini tuta bilməz. İnsan mənəvi zənginlik üçün yaşamalıdır. Öz mənəviyyatını qoruyan şəxsiyyət əbədi yaşayacaqdır”.
Seminara “Estetika” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Adil Əsədov yekun vurdu.
“Estetika” şöbəsində "Heydər Əliyev və Azərbaycan incəsənəti" mövzusunda seminar keçirildi