Elmdən diplomatiyaya, diplomatiyadan elmə
Tanınmış diplomat, filosof, tarixçi alim, uzun müddət İran İslam Respublikasında, Pakistan, Əfqanıstan və Ukraynada diplomat-səfir kimi fəaliyyət göstərmiş, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, tarix üzrə elmlər doktorluğu müdafiə etmiş Eynulla Mədətlinin adı ölkə ictimaiyyətinə yaxşı məlumdur. Lakin saydığımız bütün bu titullarından daha yüksəkdə dayanan bir adı var Eynulla Mədətlinin: Ziyalı!.. Bu ad onun həm insani, həm də elmi və ictimai fəaliyyətinin məcmusudur.
Mədətli Eynulla Yadulla oğlu 1954-cü il aprelin 18-də Naxçıvan MR Şahbuz rayonunun Biçənək kəndində anadan olmuşdur. O, 1975-ci ildə Naxçıvan Dövlət Universitetinin (Naxçıvan Dövlət Pedaqoji İnstitutu) tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, 1975-1996-cı illərdə Naxçıvan Dövlət Universitetində müəllim, kafedra müdiri, prorektor, o cümlədən, Naxçıvan Vilayət Partiya Komitəsində şöbə müdiri işləmiş və 1991-1995-ci illərdə Naxçıvan MR Ali Məclisinin deputatı olmuşdur. Bu cür məsul vəzifələrdə çalışmaqla yanaşı, Eynulla müəllim paralel olaraq elmi fəaliyyətini də davam etdirmişdir. 1981-ci ildə o, Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını uğurla başa vurmuş, 1984-cü ildə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 1994-cü ildə isə dosent elmi adını almışdır.
1996-cı ilin fevralında o, Azərbaycan Respublikasının Prezidenti, Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Təbriz şəhərində Baş konsulu vəzifəsinə təyin edilmiş, eyni zamanda, 1996-2001-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin müşaviri olmuşdur. E.Mədətli 2001-2002-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində müşavir vəzifəsində çalışmış, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında əvəzçiliklə dosent işləmişdir.
Eynulla Mədətli 2002-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilmiş, 2004-cü ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının eyni zamanda, iqamətgahı İslamabadda olmaqla, Əfqanıstan İslam Respublikasında səfiri vəzifəsinə təyin edilmişdir. 2010-cu ilin iyulun 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə o, Pakistan İslam Respublikasından geri çağırılaraq Azərbaycan Respublikasının Ukraynada səfiri vəzifəsinə təyin edilmişdir. 2015-ci ilin iyununda xidmət müddəti bitdiyinə görə səfir vəzifəsindən geri çağırılmışdır.
2016-cı ilin yanvarından Eynulla Mədətli AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmış və hazırda institutun "Mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin əvəzçiliklə aparıcı elmi işçisidir. 2018-ci ilin iyulun 4-də tarix üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün "XX əsr Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında" mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir.
Eynulla müəllim hazırda (2017-ci ilin mart ayından) AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır. O, yüzdən dən çox elmi və elmi-publisistik məqalənin, o cümlədən, iki elmi monoqrafiyanın müəllifidir.
Eynulla Mədətlinin ictimai-siyasi fəaliyyəti, elmi-fəlsəfi yaradıcılığı çoxşaxəlidir. Onun bütün bu fəaliyyəti haqqında bir məqalədə söhbət açmaq təbii ki, qeyri-mümkündür. Təqdim etdiyimiz yazıda görkəmli ziyalımızın elmi yaradıcılığının yalnız bir istiqamətindən - Azərbaycanın tarixinin ən pinsipial məsələlərinin İran tarixşünaslığında saxtalaşdırılmasına qarşı apardığı mübarizədən söhbət açacağıq.
E.Mədətlinin elmi yaradıcılığında Azərbaycanın ən yeni dövr tarixinin aktual və prinsipial məsələlərinin araşdırılması mühüm yer tutur. Onun 90-cı illərin ikinci yarısında daha çox xaricdə çap etdirdiyi elmi məqalələri əsasən bu qəbildəndir. ("Atatürkün başqanlığında Erzurum konqresi və Nahçıvan sorunu" // Üçüncü Uluslararası Atatürk Sempozyumu, 3-6 Ekim 1995. Gazi Mağusa - Kuzey Kıbrıs Türk Cumhuriyyəti, cilt II, Ankara, 1998; "Türkiyənin Azərbaycan siyasəti və Atatürk İran tarixşünaslığında" // "Atatürk,Türk dünyası və Azərbaycan" simpoziumunun materialları, Bakı, 1998; Türkiyenin Azərbaycan siyaseti ve İran tarihçiliyində Atatürk // Türk dünyası incelemeleri dergisi, sayı İÜ, İzmir,1999; "1918-1920-ci illərdə Naxçıvan bölgəsinin korunması uğrunda Türkiyənin mübarizəsi" // XII Türk Tarix Konqresinin materialları, Ankara, Türk Tarix Kurumu, 1999; "Naxçıvanda qurulan "Araz türk hökumətinin" İran tarixşünaslığında dəyərləndirilməsi" // Atatürk 4. Uluslararası Konqresi, 25-29 ekim 1999, Türküstan - Kazakistan).
E.Mədətlinin elmi axtarışlarının əsas istiqamətlərindən biri Azərbaycan tarixinin ən mühüm məsələlərinin İran tarixşünaslığında əks edilməsi, bugünkü İran tarixşünaslığının antiazərbaycan və antitürk mövqeyinin təhlil və tənqid süzgəcindən keçirilərək tədqiqata cəlb edilməsidir. O, hələ İran İslan Respublikasında çalışdığı illərdə öz elmi axtarışlarında qeyd etdiyimiz məsələlərə xüsusi diqqət yetirmiş və bu mövzuda çox sayda elmi məqalələr çap etdirərək Azərbaycan tarixşünaslığına dəyərli töhfələr vermişdir.
Şovinist mövqeli İran tarixçiləri vaxtı ilə Gülüstan (1813) və Türkmançay (1828) müqavilələri əsasında Rusiya imperiyası və Qacarlar İranı arasında bölüşdürülən Azərbaycanın bir hissəsində - şimalında müstəqil Azərbaycan dövlətinin yaranmasından ehtiyatlanaraq real tarixin saxtalaşdırılmasında ən primitiv metodlara əl atırdılar. Eynulla Mədətli ilk dəfə olaraq diplomat-alim kimi İran tarixşünaslığında Azərbaycan həqiqətlərinin təhrif edilməsinə qarşı etiraz səsini ucaltmış və öz qələmini süngüyə çevirərək bu yolda əzmlə mübarizəyə başlamışdır. Dəyərli alimin 2000-2010-cu illərdə bu səpgidə 20-dən çox elmi məqaləsi doğma dilimizlə yanaşı, dünyanın müxtəlif dillərində - türk, ingilis, rus, Ukrayna və s. dillərdə nəşr edilmişdir ("Heyət-e Fövqəladeye Qafqaziyye" sənədlər toplusunda İran-Azərbaycan Cumhuriyyəti münasibətləri haqqında" // "Varlıq" jurnalı, Tehran, 2000; "Şeyx Məhəmməd Xiyabani və Seyid Əhməd Kəsrəvi münasibətləri" // "Səhər" jurnalı, Təbriz, 1379; "İrəvan müsəlman yurdu olmuşdur. S. Sərdariniyanın kitabı barəsində" // Varlıq jurnalı, Tehran, 1380; "Azərbaycan Cumhuriyyətinin (1918-1920) İranda ilk səfiri ilə bağlı məqalə haqqında" // Varlıq jurnalı. Tehran, 2001; "İranın diplomatik mənbələrində Azərbaycan Xalq Cumhuriyyətinin xarici siyasəti haqqında (1919-1920-ci illər)" // Diplomatiya aləmi, sayı 7, Bakı; "İranın Fəvqəladə Qafqaz heyətinin sənədlərində Azərbaycan Xalq Cumhuriyyəti haqqında" // Tarix və onun problemləri, sayı 4, Bakı, 2004; "Medieval Cultere of Azerbaijan and its Influences in Iran, Afghanistan, Pakistan and India" // Pakistan Journal of History and Culture, Vol.28, July-December 2007; "Medieval culture of Azerbaijan (Speech by Dr. Eynulla Madatli - Ambassador of the Republic of Azerbaijan in Pakistan Centre of Asian Civilizations)" // Liberty International, Islamabad, November 2008" və s.).
Müəllifin bu səpgidə yazdığı elmi məqalələr toplusu 2011-ci ildə Tarix İnstitutu Elmi şurasının qərarı ilə ayrıca kitab kimi çap olunmuşdur (Azərbaycan həqiqətləri İran tarixşünaslığında. Bakı, "Təhsil", 2011).
Qeyd etmək lazımdır ki, Azərbaycan tarixini saxtalaşdırmağı özünə peşə seçən iranlı tarixçi-şovinistlər təkzibolunmaz ilk mənbələrlə, real tarixi həqiqətlərlə hesablaşmadan Ərəb xilafətinin süqutundan sonra Azərbaycan və İran torpaqlarını, habelə digər qonşu ölkələri idarə edən bütün Azərbaycan-türk sülalələrini, o cümlədən, səfəviləri, əfşarları, qacarları, bu sülalələrin görkəmli nümayəndələri olan Şah İsmayıl Xətaini, Şah Təhmasib Səfəvini, Şah Abbas Səfəvini, Nadir şah Əfşarı, Ağa Məhəmməd şah Qacarı və başqa Azərbaycan-türk hökmdarlarını da İran-fars hökmdarları kimi qələmə verməkdən çəkinmirlər.
E.Mədətli qeyd edilən sahədə elmi axtarışlarını daha da dərinləşdirərək İran tarixşünaslığında aparıcı xəttə çevrilmiş -Azərbaycanın tarixi coğrafiyasını, dövlətçilik tarixini, Azərbaycan xalqının dilini və mənşəyini saxtalaşdırmaq cəhdlərini ifşa edən dəyərli elmi məqalələr ortaya qoymuşdur. O, həmin məqalələrdə İranda saxlanılan ilk mənbələrə əsaslanaraq, tariximizi ləkələməyə çalışan İran-fars şovinistlərinin Azərbaycan tarixinin bütün dövrlərinin saxtalaşdırılmasına həsr olunmuş əsərlərinin elmi təhlilini verə bilmişdir. Bundan əlavə, müəllif, həmin əsərləri kompleks şəkildə dərindən təhlil edərək müasir İran tarixşünaslığında Azərbaycan tarixinə olan qərəzli mövqeyi aydınlaşdıraraq, tariximizi saxtalaşdıranlara sarsıdıcı zərbə endirmişdir.
Tanınmış tarixçimiz keçən əsrin 90-cı illərində İran İslam Respublikasında diplomatik xidmətdə olan zaman başladığı elmi tədqiqatları görkəmli tarixçimiz akademik Yaqub Mahmudovun elmi məsləhətçiliyi ilə sonralar daha da genişləndirərək doktorluq mövzusu kimi araşdırmağa başladı. Bu araşdırmaların mühüm nəticəsi 2017-ci ildə onun "XX əsrin əvvəlləri Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında" adlı monoqrafiyasıdır. Bu tədqiqat əsərində İran tarixşünaslığının əsas inkişaf mərhələləri və səciyyəvi cəhətləri müəyyən olunmuş, İran tarixçilərinin Azərbaycan tarixinə müraciət etməsini şərtləndirən tarixi amillər aydınlaşdırılmış, Azərbaycanın tarixi coğrafiyası, dövlətçilik tarixi məsələlərinə, Azərbaycan xalqının, dilinin, mədəniyyətinin təşəkkülü məsələlərinə münasibət tənqidi təhlil sücgəcindən keçirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Qacarlar İranı ilə qarşılıqlı əlaqələrinin İran tarixçilərinin əsərlərində tədqiqi səviyyəsi öyrənilmiş, Cənubi Azərbaycanda mill-demokratik hərəkatların tarixi, o cümlədən, Məşrutə hərəkatının mühüm mərkəzinin Cənubi Azərbaycan olmasına münasibət, Ş.M.Xiyabani hərəkatının İran tarixşünaslığında tədqiqi səviyyəsi öyrənilmiş, dövrün qaynaqlarından istifadə edilməklə tənqidi təhlil edilmişdir.
Bir sıra İran tarixçilərinin əsərlərində hazırda İran İslam Respublikasının tərkibində olan Cənubi Azərbaycanın və İranın digər vilayətlərinin ən qədim yerli əhalisi - aborigenləri olan Azərbaycan türkləri "sonradan türkləşmiş" "qədim irandilli" əhali kimi qələmə verilir, müasir Azərbaycan Respublikasının ərazisi tarixi Azərbaycan torpağı deyil, guya, Azərbaycanla heç bir əlaqəsi olmayan "Arran" hesab edilir və s. Bu gün İran arxivləri və kitabxanalarında saxlanılan yüzlərlə ilk mənbələrin təsdiq etdiyi tarixi reallıqları heç bir elmi əsas olmadan inkar edən belələrinə tutarlı elmi cavab məhz E.Y.Mədətlinin elmi tədqiqatlarında verilmişdir.
Eynulla müəllimi qiyabi olaraq tanısam da, onunla əyani tanışlığım Tarix İnstutunda çalışmağa başladığı vaxta təsadüf edir. Müxtəlif elmi tədbirlərdə, ölkəmizdə və xaricdə keçirilən konfranslarda dəfələrlə bir yerdə olmuşuq. Eynulla müəllim vətənpərvər bir tədqiqatçı olmaqla yanaşı, həm də çox səmimi, təvazökar, qayğıkeş, bir sözlə, əvəzsiz yol yoldaşıdır. Eynulla müəllim hər şeydən öncə əsl ziyalıdır. Mən ona yaxınlaşan 65 yaşı ərəfəsində möhkəm can sağlığı, mənalı ömür, elmi yaradıcılığında uğurlar arzulayıram. Əziz Eynulla müəllim, Ulu Tanrı hər zaman Sizdən bu gözəl insani keyfiyyətlərinizi əskik etməsin!
Tofiq NƏCƏFLİ
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini
"525-ci qəzet"