04.04.2019, 16:21 - Baxış sayı: 1122

Yunanıstan səfiri Nikolaos Kanellos Fəlsəfə İnstitutunun qonağı olmuşdur


Yunanıstan səfiri  Nikolaos Kanellos Fəlsəfə İnstitutunun qonağı olmuşdurAprelin 4-də AMEA Fəlsəfə İnstitutunda Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos ilə görüş keçirilmişdir. Görüşdə Fəlsəfə İnstitutunun direktoru professor İlham Məmmədzadə qonağı salamlayaraq onu Fəlsəfə İnstitutunda görməkdən məmnun olduğunu ifadə edərək, İnstitutut haqqında ətraflı məlumat verdi. Professor İ.Məmmədzadə Azərbaycan alimlərinin qədim yunan fəlsəfəsinə dərin marağını və sevgisini vurğuladı, onun Nizami, Tusi və b. yaradıcılığına təsirindən danışdı. Həmçinin qədim yunan fəlsəfəsinin Azərbaycan alimlərinin əsərlərində yeri ilə bağlı Azərbaycanda və Yunanıstanda seminarların təşkili də təklif olundu. İlham Məmmədzadə institutda aprel ayında Aristotelə həsr olunacaq elmi seminara qədim yunan fəlsəfəsinin əla bilicisi olan cənab səfiri dəvət etdi.
Fəlsəfə İnstitutunun alimləri ilə tanış olmaq imkanına görə Yunanıstanın səfiri təşəkkürünü bildirdi. Xüsusilə cənab səfir Azərbaycan alimlərinin əməkdaşlığa can atdıqlarını, onların marağını və qədim yunan fəlsəfəsini bildiklərini məhz Bakıda gördüyünü qeyd etdi. Bu yaxınlarda Gəncə şəhərinə ziyarəti ona dahi azərbaycanlı mütəfəkkir Nizami Gəncəvinin irsi ilə tanış olmaq imkanı verdi. Bu səfər cənab səfirə Afinanın bir sıra universitetlərində Nizamiyə həsr olunmuş silsilə konfranslar təşkil etmək və Azərbaycan dili fakültəsinin açılması üçün təkan vermişdir. Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə "Qədim yunan fəlsəfəsini sevənlər Klubu"nun yaradılması haqqında arzularını bildirdi.
İnstitutun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli Atropatenanın Yunanıstanla qədim əlaqələrindən, Aristotel və Platonun ideyalarının Şərqin ərəb dilli fəlsəfi fikrinə təsirindən danışdı.
Cənab səfir vidalaşarkən özünü burada öz vətənində olduğu kimi hiss etdiyini və bu müəssisədəki yüksək elmi səviyyədən ruhlandığını bildirdi.
Yunanıstan səfiri  Nikolaos Kanellos Fəlsəfə İnstitutunun qonağı olmuşdur
Yunanıstan səfiri  Nikolaos Kanellos Fəlsəfə İnstitutunun qonağı olmuşdur
Yunanıstan səfiri  Nikolaos Kanellos Fəlsəfə İnstitutunun qonağı olmuşdur