01.04.2019, 17:07 - Baxış sayı: 745

“İpək Yolu ölkələrində mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi” adlı virtual laboratoriyanın birinci iclası keçirilmişdir


“İpək Yolu  ölkələrində mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi” adlı virtual laboratoriyanın birinci iclası keçirilmişdir1 aprel 2019-cu il tarixində Fəlsəfə İnstitutunda yaradılmış “İpək Yolu ölkələrində mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi” adlı virtual laboratoriyanın birinci iclası keçirilmişdir.

1. İclasda fikir mübadiləsi nəticəsində laboratoriyanın məqsəd və vəzifələri, iştirak edən alim heyəti müəyyənləşdirilmiş;
2. İştirakçıların tədqiq etdikləri problem və yerinə yetirilməli olan öhdəliklər aydınlaşdırılmışdı;
3. Seminar planlarının və onların nəticəsini əks etdirən almanaxın hazırlanması və müzakirəsi təsdiq edilmişdir.