Monteneqro akademiyasının prezidenti Fəlsəfə İnstitutunun qonağı olmuşdur
Aprelin 2-də Fəlsəfə İnstitutunda Monteneqro Respublikası Elm və İncəsənət Akademiyasının prezidenti Draqan Vikçeviç ilə görüş keçirilmişdir. Görüşdə Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə qonağı salamlayaraq onları Fəlsəfə İnstitutunda görməkdən məmnun olduğunu ifadə edərək, İnstitutut haqqında ətraflı məlumat verdikdən sonra sözü qonağa verdi.
Qonaq ona göstərilən diqqət və qayğıya görə İnstitutut rəhbərliyinə minnətdarlığını bildirdi. Həmçinin rəhbərlik etdiyi Akademiyanın fəaliyyəti barədə geniş məlumat verdi.
Görüş zamanı Fəlsəfə İnstitutunun direktoru İ.Məmmədzadə və D.Vikçeviç rəhbərlik etdikləri müəssisələr arasında gələcək əməkdaşlıq haqqında müzakirələr apardılar və D.Vikçeviç Monteneqro akademiyası və universitetlərində Azərbaycan fəlsəfəsi, elmi, tarixi və mədəniyyəti haqqında Fəlsəfə İnstitutunun mütəxəssisləri tərəfindən silsilə mühazirələr keçirilməsini təklif etdi. Ölkənin milli tərkibinin müxtəlifliyini xüsusi qeyd edən qonaq multikulturalizmin Azərbaycan modelinə maraq göstərdiklərini vurğulayarq öz ölkəsində Azərbaycan və keçmiş Yuqoslaviya ölkələrinin alimlərinin iştirakı ilə dəyirmi masa təşkil olunmasını təklif etdi.