27.03.2019, 19:02 - Baxış sayı: 1540

AMEA Fəlsəfə İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Adil Əsədov mükafata layiq görülüb


AMEA Fəlsəfə İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Adil Əsədov mükafata layiq görülüb27 Mart – Elm Günündə elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə AMEA Rəyasət Heyəti mükafatı qalibinin adı açıqlanıb. Mükafata elmi biliklərin və elmi nailiyyətlərin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə, o cümlədən kainat və onun əsas inkişaf mərhələlərinə həsr olunmuş elmi və elmi-populyar əsərinə görə Fəlsəfə İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Adil Əsədov layiq görülüb.
Qeyd edək ki, müsabiqəyə ümumilikdə ayrı-ayrı şəxslərin və kollektivlərin namizədliyini əhatə edən 31 iş təqdim olunmuşdur.
Fəlsəfə İnstitutunun rəhbərliyi İnstitutun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Adil Əsədovu təbrik edir, ona elmi fəaliyyətində uğurlar arzulayır.