27.03.2019, 14:14 - Baxış sayı: 1976

Fəlsəfə İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı Günel Məlikli I yerə layiq görülüb


Fəlsəfə İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı Günel Məlikli I yerə layiq görülübAzərbaycan Milli Elmlər Akademiyasının gənc qadın alimləri üçün elan olunan "Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 5 fevral 2019-cu il tarixli Sərəncamına əsasən təşkil edilən müsabiqənin məqsədi akademiyada çalışan gənc qadınların elmin müxtəlif sahələrində apardıqları tədqiqatlarını, əldə etdikləri nailiyyətlərini, aktual və müasir elmi problemlərin Azərbaycan üçün prioritet olan istiqamətlərində elmi fəaliyyətini stimullaşdırmaq və onların elmin inkişafında rolunu daha da artırmaqdır.
Müsabiqədə iştirak üçün 69 gənc qadının namizədliyi irəli sürülüb. "Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələrinə görə, Fəlsəfə İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli I yerə layiq görülüb.
Fəlsəfə İnstitutunun rəhbərliyi İnstitutun elmlər doktoru hazırlığı üzrə dissertantı, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklini təbrik edir, ona elmi fəaliyyətində uğur arzulayır.
Mənbə: science.gov.az