Azərbaycan Xalq Cümhuriyyəti: Tarixi və sosial - fəlsəfi təhlil

Adı çəkilən məcmuədə müsəlman Şərqində ilk dəfə qurulmuş Demokratik Respublikanın varislik və müasirlik, millilik və ümumbəşərilik prinsipinə söykənərək vətən və xalq naminə gördüyü əzəmətli işlər və onların görkəmli nümayəndələrinin yaddaşlardan silinməyən zəngin siyasi irsi faktiki materiallar əsasında öz əksini tapmışdır.
Oxuculara təqdim olunan toplu ilk növbədə ziyalı təbəqəsi həmçinin doktorant, dissertant və tələbələr üçün nəzərdə tutulmuşdur.
Qeyd edək ki, toplunun ekmi redaktoru, Fəlsəfə İnstitutunun direktoru, fələsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, rəyçiləri tarix üzrə elmlər doktoru, BDU-nun professoru, Nəsiman Yaqublu və fəlsəfə üzrə elmlər doktoru, professor Zeynəddin Hacıyevdir.