15.10.2018, 10:51 - Baxış sayı: 1268

“Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq” kitabı nəşr olunub


“Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq” kitabı nəşr olunubAMEA Fəlsəfə İnstitutunun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsində hazırlanmış topluda Ulu öndər, müdrik siyasətçi, müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu Heydər Əliyevin siyasi irsinin müəyyən məqamları araşdırılır. Belə ki, milli kimlik və çoxmədəniyyətliliklə bağlı dövlətçilik fəlsəfəsi, azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlər, eyni zamanda Azərbaycanda parlamentarizm ənənələrinə sadiqlik və Xalq Cümhuriyyətinə münasibətdə varislik məsələsi təhlilə cəlb olunur. Həmçinin Heydər Əliyevin siyasi irsində yer alan davamlı inkişaf konsepsiyası, Xəzər məsələsi, enerji siyasəti və Azərbaycanda uşaq hüquqlarının müdafiəsinə aid mövzular elmi faktlarla şərh edilir.