12.09.2024, 09:18 - Baxış sayı: 161

“Sirr və açar” kitabının müzakirəsi keçirilib


“Sirr və açar” kitabının müzakirəsi keçirilib

Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda tədqiqatçı İlqar Əiyevin “Sirr və açar” kitabının müzakirəsi keçirildi.
Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə kitab haqqında fikirlərini bölüşərək kitabda yer alan mövzunun əhəmiyyətindən, onun tarixi, fəlsəfi aspektindən danışaraq sözü İlqar Əliyevə verdi.
İlqar Əliyev bildirib ki, bu beynəlxalq müsabiqədir və bu müsabiqəyə dəstək vermək üçün AMEA rəhbərliyinə müraciət edib: “Mən “Platonun arzusu: Eşq və məhəbbətin Simvolunun seçilməsinin beynəlxalq müsabiqəsi”nə AMEA-nın qoşulmasını və dəstəkləməsini xahiş etmişdim. Platonun arzusunun məqsədi müəllifi olduğum “Sirr və açar” elmi-publisistik kitabının araşdırdığı, bəşəriyyətin mədəniyyət tarixini dəyişəcək Azərbaycan xalqının yaratdığı böyük mədəni dəyərləri dünyaya bəyan etmək üçün keçirilən qabaqlayıcı marketinq və reklam aksiyasıdır”.
Sonra öz araşdırmalarını təqdim edən İlqar Əliyev apardığı tədqiqatın mahiyyətini və gəldiyi nəticələr barədə düşüncələrini bölüşdü.
Məruzəçi Qız Qalasının insan onurğasına bənzərliyini bildirib və buna sübut kimi müəyyən dəlillər gətirib. Eyni zamanda apardığı araşdırmalarda rast gəldiyi maraqlı faktları və gəldiyi qənaətləri əhatəli şəkildə təqdim edib.
Məruzəçinin çıxışından sonra mövzu ilə bağlı Fəlsəfə və Sosiologiya, Ədəbiyyat, Memarlıq və İncəsənət İnstitutlarının alimləri tərəfindən fikirlər səsləndirildi, məruzçiyə suallar ünvanlandı.
“Sirr və açar” kitabının müzakirəsi keçirilib
“Sirr və açar” kitabının müzakirəsi keçirilib