10.09.2024, 08:51 - Baxış sayı: 40

Dosent Zeynəddin Şabanov seminarda ekspert-təlimçi kimi çıxış edib


Dosent Zeynəddin Şabanov seminarda ekspert-təlimçi kimi çıxış edib

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun (UNFPA) və BMT-nin Qadınlar Agentliyinin (UN Women) təşkilatçılığı və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə “Çinar Kitab Evi”nin seminar zalında “Gender: dərkmi, tərkmi?” mövzusunda seminar keçirilib. Seminar zamanı ekspertlər - AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov və dinşünas Fərid Abdullah gender bərabərsizliyinə yol açan səbəblər mövzusunda danışmış, problemin aradan qaldırılması istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlərdən söz açmış, maarifləndirmə işinin genişləndirilməsinin zəruriliyini bildirmişlər. Qeyd olunmuşdur ki, problemin həlli istiqamətində həm dövlət səviyyəsində, həm də qeyri-hökumət təşkilatları, elmi və təhsil müəssisələrində aktiv iş aparılır, təklif və tövsiyələr hazırlanır, beynəlxalq standartlara uyğun olaraq qanunvericiliyə dəyişikliklər edilir. Seminar Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində baş tutub.
Dosent Zeynəddin Şabanov seminarda ekspert-təlimçi kimi çıxış edib