10.09.2024, 07:56 - Baxış sayı: 101

Dosent Günel Məlikli Qazaxıstanda keçirilən Beynəlxalq konfransda çıxış edib


Dosent Günel Məlikli Qazaxıstanda keçirilən Beynəlxalq konfransda çıxış edibQazaxıstanın Almatı şəhərində keçirilən “Elmdə sonsuz işıq” adlı Beynəlxalq konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Феномен и психологические аспекты лидерство” adlı mövsusunda onlayn çıxış edib. Çıxışında gənc alim liderlik psixologiyası probleminin tədqiqat üçün vacib aspekt olduğunu söyləyib. Cənab Prezident İlham Əliyevin siyasi strategiyası və qoyulan məqsədlərə çatması yolu siyasi liderliyin nadir nümunəsi olduğundan bəhs edib. Bu gün ölkəmizin inkişafında və dünya səviyyəsində tanınmasına səbəb olan səriştəli siyasi rəhbər, təcrübəli diplomat prezident İlham Əliyevin Beynəlxalq münasibətlərin bütün sirlərinə məhz gənc yaşdan yiyələnməsi Onun dahi bir şəxsiyyət olmasına zəmin yaratmasını qeyd edib. XIX əsrin sonlarında sosial psixologiya elmində “milli şüur” (özünüdərk) və “liderlik” kimi anlayışları öz yerini formalaşdırdığını, problemlərin öyrənilməsi tez bir zamanda əsasən Amerika və Avropa psixologiyasında sosial psixoloji tədqiqatın əsas məzmununa çevrildiyini bildirib.