05.09.2024, 07:09 - Baxış sayı: 109

Gənc alim Günel Məlikli “Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri” adlı beynəlxaq konfransda çıxış edib və sertifikatla mükafatlandırılıb


Gənc alim Günel Məlikli  “Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri” adlı beynəlxaq konfransda çıxış edib və sertifikatla mükafatlandırılıb

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda keçirilən “Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri” (IGCEE) adlı beynəlxaq konfransda “Milli inkişaf sistemində sosial ekologiya problemi” mövzusunda çıxış edib və sertifikatla mükafatlandırılıb
Çıxışında gənc alim Günel Məlikli Ətraf mühiti mühafizənin tələbləri Azərbaycan Respublikasının Konstitusiyasında xeyli qeyd olunduğunu və Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1974-1975-ci illərdə təbiətin mühafizəsi məsələrinə xüsusi diqqətindən bəhs edib. Gənc alim 1993-2003-cü illərdə Heydər Əliyev tərəfindən ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar qəbul edildiyini bildirib. Çıxışında Ulu Öndər Heydər Əliyevin: "Mən 1993- cü ildə Bakıya gələrkən, bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən, elə bildim ki, məni yaralayıblar” nitqini vurğulayıb. Həmçinin, alim, akademik Həsən Əliyevin "Həyəcan təbili" əsərində Azərbaycanın yaşıl aləminə, zəngin bitki örtüyünə qayğısından bəhs edərək, akademik Cəlal Əliyevin elmi yaradıcılığı fotosintez tədqiqatların ən yüksək zirvəsi olduğunu söyləyib.
G.Məlikli bu sahədə Azərbaycan Respublikası Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi olaraq vurğulanmalıdı deyə söyləyib. Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı" layihəsini də xüsusi qeyd etmək lazımdır. Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" "yaşıl artım"ın təmin edilməsi üçün misilsiz xidmətdir. COP29 konfransının Azərbaycanda keçirilməsi dünya dövlətləri tərəfindən Azərbaycana göstərilən etimadın nəticəsidir. Qüdrətli Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş layihələr əsasında ölkəmizdə təmiz ətraf mühit istiqamətində daha da böyük uğurlar əldə ediləcəkdir - deyə G.Məlikli vurğulayıb.