Türkiyəli qonaqlar Fəlsəfə və Sosiologiya İnstitutunda olublar
Ankara Hacı Bayram Vəli Universitetinin professoru, “Edeb erkan” dərgisinin redaktoru Ahmet Taşğın və dərginin əməkdaşı Hakkı Taşğın AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda olublar.
Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə qonaqları salamlayaraq onları burada görməkdən məmnun olduqlarını qeyd edib. İnstitutun elmi fəaliyyəti haqqında qonaqlara geniş məlumat verən İlham Məmmədzadə rəhbərlik etdiyi müəssisədə nəşr olunan elmi jurnallar barəsində danışıb.
Burada olmaqdan məmnunluqlarını dilə gətirən qonaqlar, qonaqpərvərliyə görə institut rəhbərliyinə minnətdarlıqlarını bildirib və Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və s. türkdilli ölkələrdə akademik səviyyədə nəşr olunan elmi jurnalların üzləşdikləri problemlərə toxunub. Elmi jurnalların beynəlxalq standartalara uyğunlaşdırılması yönündə birgə işlərin aparılmasının vacibliyini qeyd edib və bildiriblər ki, öz təcrübələrini bölüşməyə hazırdırlar.
Sonda elmi jurnalların inkişafı sahəsində qarşılıqlı əlaqələrin qurulması istiqamətində razılığa gəlinib.