08.07.2024, 09:33 - Baxış sayı: 208

“Azərbaycanda sosiologiyanın perspektivləri” mövzusunda elmi seminar keçirilib

“Azərbaycanda sosiologiyanın perspektivləri” mövzusunda elmi seminar keçirilib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda "Azərbaycanda sosiologiyanın perspektivləri" mövzusunda elmi seminar keçirilib. İnstitutun direktoru f.e.d., professor İlham Məmmədzadə seminarın elmi, siyasi, sosioloji əhəmiyyətini qeyd edərək bildirib ki, bəşər cəmiyyətinin davamlı fəaliyyət forması kimi səciyyələndirilən müharibələrin və qələbənin sosioloji əsaslarda araşdırılması bu gün də xüsusi aktuallıq kəsb edir. Professor dünya informasiya məkanında Azərbaycan həqiqətləri tarixin yeni səhifələrini açarkən təkcə bugünün deyil, mövcud həqiqətlərin fəlsəfi izahını verib. Qələbə və postmüharibə dövründə Azərbaycanın yeni geosiyasi reallıqlara olan təsiri öz əhatəsinə görə çox böyük əhəmiyyətə malikdir - deyə, İlham Məmmədzadə bildirib. Postmüharibə və ya müharibədən sonrakı dövr artıq müharibə təcrübəsinə malik yeni sosial münasibətlərin qurulması, sosiologiyanın fəlsəfəsinin və siyasi elminin əlaqələrinin yenidən bərpası və s. kimi səciyyələndirilə bilər. Həmçinin məruzəçilərdən f.ü.f.d. Cəbrayılov Məhəmməd “Rəqəmsal sosiologiya və rəqəmsal kimlik”, f.e.d. Səadət Məmmədova “Sosiologiyanın müasir problemləri”, f.e.d. prof. Aydın Əlizadə “Əməyin sosiologiyası”, doktorant Zümrüd Hüseynova “ Azərbaycan posmüharibə dövrü və modernləşmə prosesinin sosioloji təhlili” adlı məruzələri ilə çıxış ediblər.