20.06.2024, 10:20 - Baxış sayı: 127

Alim, yazıçı Sadıq Qarayevin əsərlərində azərbaycançılıq idealları və yeni milli hədəflər mövzusunda yubiley tədbiri keçirilib

Alim, yazıçı Sadıq Qarayevin əsərlərində azərbaycançılıq idealları və yeni milli hədəflər  mövzusunda yubiley tədbiri keçirilib

Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının üzvü, biologiya üzrə fəlsəfə doktoru, dosent, Prezident təqaüdçüsü, “Qızıl Kəlmə” mükaftçısı Sadıq Qarayevin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə yazıçının elmi, ədəbi və ictimai fəaliyyəti barədə akademik Teymur Kərimli, AMEA Azad Həmkarlar Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu İdrak nəzəriyyəsi və məntiq şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, AMEA Fəlsəfə İnstitunun əməkdaşları fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov çıxış ediblər.
Alim-yazıçı Sadıq Qarayevin 50-illik ömür yolundan, elmi tədqiqatlarından, bədii yaradıcılığından və ictimai fəaliyyətindən danışan natiqlər onun alim, yazıçı və ictimai xadim olaraq fəal vətəndaşlıq mövqeyi ilə seçildiyini qeyd edərək, “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr”, ““N” saylı qəhrəmanlıq” əsərlərində azərbaycançılıq məfkurəsi, milli dövlətçilik ideyalarının təbliğindən danışıblar. Sonda Sadıq Qarayevə AMEA Azad Həmkarlar İttifaqının Fəxri fərmanı, AYB-nin Fəxri dilplomu təqdim olunub və Milli Məclisin Mədəniyyət Komitəsinin təbrik məktubu oxunub, xatirə şəkilləri çəkilib.