07.06.2024, 15:28 - Baxış sayı: 42

“Milli ideya və müasir fəlsəfənin inkişaf yolları” adlı tədbir keçirilmişdir

“Milli ideya və müasir fəlsəfənin inkişaf yolları” adlı tədbir keçirilmişdir

07.06.2024-cü il tarixində ADPU və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Milli ideya və müasir fəlsəfənin inkişaf yolları” adlı birgə tədbiri keçirilmişdir. Tədbirin moderatoru prof. Rafail Əhmədli iştirakçıları salamladıqdan sonra, ilk olaraq ADPU-nun rektoru prof. Cəfər Cəfərov, sonra isə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru prof. İlham Məmmədzadə mövzunun aktuallığı ilə bağlı öz fikirlərini səsləndirmişlər. Sonra isə Fəlsəfə və Sosiologiya İnstitutundan şöbə müdirləri f.e.d. Füzuli Qurbanov və prof. Rəna Mirzəzadə, ADPU Fəlsəfə və Sosial Elmlər kafedrasından prof. Əyyub Kərimov, dos. Elşən Bayramzadə və f.ü.f.d. Paşa Quluzadənin çıxışları dinlənilmişdir. Çıxışlarda milli ideologiyanın günümüz kontekstində əhəmiyyəti və anlam baxımından mahiyyətinə dair fikirlər ortaya qoyulmuşdur. Milli ideyanın və dəyərlərin cəmiyyətdəki rolundan bəhs edilmiş və yeni dövrdə onların necə formalaşdırılması ilə bağlı mülahizələrə yer verilmişdir. Maraqla qarşılanan tədbirin sonunda suallar səsləndirilmiş və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.