06.06.2024, 11:09 - Baxış sayı: 179

Gənc alim Günel Məlikli “ВЗАИМООТНОШЕНИЯ РОССИИ И АЗЕРБАЙДЖАНА” mövzusunda çıxış etdiyinə görə sertifikatla mükafatlandırılıb


Gənc alim Günel Məlikli “ВЗАИМООТНОШЕНИЯ РОССИИ И АЗЕРБАЙДЖАНА” mövzusunda çıxış etdiyinə görə sertifikatla mükafatlandırılıb Gənc alim Günel Məlikli “ВЗАИМООТНОШЕНИЯ РОССИИ И АЗЕРБАЙДЖАНА” mövzusunda çıxış etdiyinə görə sertifikatla mükafatlandırılıb

Rusiya Federasiyasının Ufa şəhərində “Rusiyanın bəlgələrinin Sosial-iqtisadi inkişafının idarə olunmasında innovativ texnologiyalar” adlı XVI Beynəlxalq Elmi-praktiki konfrans keçirilib. Konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “ВЗАИМООТНОШЕНИЯ РОССИИ И АЗЕРБАЙДЖАНА” mövzusunda çıxış etdiyinə görə sertifikatla mükafatlandırılıb. Günel Məlikli çıxışında prezident Vladimir Putinin Bakıda ulu öndər Heydər Əliyevlə keçirdiyi görüşlərdə və nümayəndə heyətləri arasında aparılan danışıqlarda qarşılıqlı əməkdaşlığın bütün sahələri, habelə regional təhlükəsizlik, strateji sabitlik və qarşılıqlı maraq doğuran mühüm beynəlxalq məsələlər geniş müzakirə olunduğunu və 2001-ci ilin 9-10 yanvarında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri Azərbaycan - Rusiya münasibətlərinin inkişafında yeni mərhələ olduğunu bildirib. Həmçinin G.Məlikli Rusiya Prezidenti V.Putinin Azərbaycana işgüzar səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Rusiya münasibətləri haqqında : “Tez-tez baş tutan görüşlər, əlbəttə, bizim münasibətlərimizin inkişafına yeni təkan verir”. Fikrini qeyd edib.