“Məhəmməd Füzulinin irsi və müasirlik fəlsəfi kontekstdə” mövzusunda Dəyirmi Masa keçirildi
6 iyun 2024-cü il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin Sərəncamından irəli gələrək “Məhəmməd Füzulinin irsi və müasirlik fəlsəfi kontekstdə” mövzusunda Dəyirmi Masa keçirilib.
İnstitutun direktoru, f.e.d., prof. İlham Məmmədzadə çıxış edərək Dəyirmi masa iştikaçılarını Məhəmməd Füzuli dövrünün bir sıra ictimai- fəlsəfi məsələləri ilə əhatəli şəkildə tanış edib, bədii idrakın XVI əsr ədəbiyyatının mükəmməl nümunələrini yaradan şairin həyat və yaradıcılığının, poeziyasının fəlsəfi kontekstdə təhlilini apararaq geniş məlumat verib. Professor qeyd edib ki, Füzuli ədəbi-bədii fikrinin əsas yer tutmaqla onun yaratdığı əsərlər Azərbaycan bədii və fəlsəfi dilini daha da zənginləşdirərək yeni zirvələrə yüksəltmişdir. Professor vurğulayıb ki, keçirilən tədbir konfranslar Füzuli yaradıcılığına qayıtmağa, onun orta əsrlər Azərbaycan fəlsəfəsini müasir kontekstdə yenidən tədqiqinə geniş yol açmış oldu.
Tədbirdə f.e.d., prof. Füzuli Qurbanov, f.e.d., prof. Arif Bünyatov, f.ü.f.d., dosent Radif Mustafayev, f.ü.f.d., dosent Faiq Ələkbərli, f.ü.f.d, dosent Şölət Zeynalov, f.ü.f.d., dosent Zeynəddin Şabanov, f. e.d. prof. Əli Abasov, Məhəmməd Füzulinin həyat və yaradıcılığı ilə bağlı çıxış edərək öz fikirlərini bildirdilər.