06.06.2024, 06:55 - Baxış sayı: 110

Professor İlham Məmmədzadə 5-ci Beynəlxalq Elmi Konfransda iştirak edib


Professor İlham Məmmədzadə 5-ci Beynəlxalq Elmi Konfransda iştirak edib

Bolqarıstan Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu, Avropa Proses Düşüncə Cəmiyyəti, Buxarest Universiteti, Rumıniya Fəlsəfə Fakültəsi və Fransanın Sorbonna Universitetinin birgə təşkilatçılığı ilə “Mədəni irsə fəlsəfi yanaşmalar, davamlı icmalar və gələcək zaman” adlı onlayn 5-ci Beynəlxalq Elmi Konfrans keçirilib.
Konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə "İ.Kantın fəlsəfəsinin aktuallığı və müasirliyi" mövzusunda çıxış etmiş və sertifikatla təltif olunmuşdur.
Professor İlham Məmmədzadə 5-ci Beynəlxalq Elmi Konfransda iştirak edib