03.05.2024, 06:44 - Baxış sayı: 90

Gənc alim Günel Məlikli zabit kadrlara Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə bağlı Ulu Öndərin psixoloji portreti haqqında mühazirə demişdir


Gənc alim Günel Məlikli zabit kadrlara Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə bağlı  Ulu Öndərin psixoloji portreti haqqında mühazirə demişdirAMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli zabit kadrlara Ulu Öndər Heydər Əliyevin psixoloji portreti haqqında mühazirə demişdir.
Çıxışında gənc alim liderlik psixologiyası probleminin tədqiqat üçün vacib aspekt olduğunu söyləyib. Liderlik probleminin sosial-psixoloji elmdə həmişə böyük maraq doğurduğundan, müxtəlif dövrlərdə alimlərin liderlik problemini və onun sosial rolunun müəyyən edilməsi nöqteyi-nəzərindən tədqiq etməsindən,Ümummilli lider Heydər Əliyev psixoloji keyfiyyətlərindən danışıb. Ulu Öndər Heydər Əliyevin psixoloji keyfiyyətlərinin onun siyasi fəaliyyəti tamamladığını, sosial-psixoloji baxımdan Ulu Öndər Heydər Əliyevin bir fenomen olduğunu bildirib.
Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinin psixoloji təhlili aşkar edir ki, Onun zəngin irsinin tədqiqi təkcə bu gün üçün deyil, həm də gələcək nəsillərə töhfədir. Ulu Öndərin Heydər Əliyevin həyata keçirdiyi siyasətin psixoloji nəticəsidir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə tarixi qələbəmizi qazandıq - deyə, Günel Məlikli vurğulayıb.
Gənc alim Günel Məlikli zabit kadrlara Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə bağlı  Ulu Öndərin psixoloji portreti haqqında mühazirə demişdir