22.04.2024, 09:51 - Baxış sayı: 38

YAP AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi təşkialtı ağacəkmə aksiyasında iştirak ediblər


YAP AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi təşkialtı ağacəkmə aksiyasında iştirak ediblər Aprelin 21-də Yaşıl Dünya naminə həmrəylik ili çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin YAP Yasamal Rayon Təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında YAP AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi təşkilatı da fəal iştirak etmişdir. Ağacəkmə aksiyası zamanı 1000-dən çox Eldar şamı və zeytun ağacları əkilmişdir. Ağacəkmə aksiyasında AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, YAP AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun fəal üzvü Məhəmməd Cəbrayılov və ərazi təşkilatının nümyəndələri iştirak ediblər.
YAP AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi təşkialtı ağacəkmə aksiyasında iştirak ediblər
YAP AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi təşkialtı ağacəkmə aksiyasında iştirak ediblər