22.04.2024, 06:32 - Baxış sayı: 26

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Hüseyn İbrahimov məruzə ilə çıxış edib


Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Hüseyn İbrahimov məruzə ilə çıxış edib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan yazar qadınlarının "60 çiçək - bir çələng" adlı ədəbi almanaxının təqdimat mərasimi olub.
Tədbirdə çıxış edən Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, kitabın tərtibçi və redaktoru Lətifə Məmmədova "60 çiçək - bir çələng" kitabı haqqında məlumat verib. Bildirib ki, almanax doğma Qarabağımıza, azad olunan torpaqlarımıza, böyük Zəfərimizə həsr olunub.
Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov məruzə ilə çıxış etmisdir.