08.04.2024, 09:11 - Baxış sayı: 140

Gənc alim Günel Məliklinin “Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin lider portretini uğurla tamamlayır” sərlövhəli məqaləsi “Mehribanaliyeva.preslib.az” saytında işıqlandırılıb


Gənc alim Günel Məliklinin “Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin lider portretini uğurla tamamlayır” sərlövhəli məqaləsi “Mehribanaliyeva.preslib.az” saytında işıqlandırılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin lider portretini uğurla tamamlayır” sərlövhəli məqaləsi “Mehribanaliyeva.preslib.az” saytında işıqlandırılıb. Məqalədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı yüz minlərin, milyonların qəlbində xeyirxahlıq ünvanına çevrildiyindən bəhs edib.
G.Məlikli Ulu öndər Heydər Əliyevin dövlətçilik təcrübəsi və mənəvi irsi, həqiqətən, tükənməz bir xəzinə olduğunu söyləyib. Və bu xəzinəni yaşatmaq üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu mühüm işlər görməkdə olduğunu bildirib.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Müzəffər Ali Baş Komandanın ən sadiq silahdaşı kimi yorulmaz fəaliyyət göstərib, xalqımızın ədalətli mübarizəsi barədə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb, onun vətənpərvər çağırış və müraciətləri hər birimizi milli maraqlarımız naminə düşmənlə mümkün platformalarda, o cümlədən informasiya məkanında mübarizəyə səfərbər edib. - deyə, Günel Məlikli vurğulamışdır.