08.04.2024, 08:15 - Baxış sayı: 176

Dosent Zeynəddin Şabanov seminarda iştirak edib


Dosent  Zeynəddin Şabanov seminarda iştirak edib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, f.f.d., dos. Zeynəddin Şabanov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi nəzdində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ““Web of Science” elmmetrik bazasında yerli elmi jurnalların indekslənməsi” mövzusunda respublikada nəşr olunan elmi jurnalların redaksiya heyətinin üzvləri üçün keçirilən seminarda iştirak etmişdir. 3 modul üzrə təşkil edilən seminarda “Clarivate” şirkətinin əməkdaşı İneş Kenjina ətraflı təlim keçmişdir. Birinci modulda “Web of Science” informasiya platforması və “Web of Science Core Collection” haqqında məlumat verilmiş, jurnalların “Web of Science” bazasına seçim prosedurundakı əsas addımlar, elmi jurnallar üçün 24 keyfiyyət meyarı, müraciət zamanı edilən ümumi səhvlər və onların qarşısının alınması yollarından danışılmışdır. İkinci modulda beynəlxalq təcrübəyə uyğun yeni jurnalların yaradılması üçün tövsiyələr verilmiş, üçüncü modulda elmi jurnalların keyfiyyətinin artırılması istiqaməti və beynəlxalq elmmetrik bazaların reytinq cədvəlində jurnalların irəliləməsi qaydalarına aydınlıq gətirilmişdir. Maraqlı sual-cavab və müzakirələrdən sonra iştirakçılara sertifikatlar təqdim edilmişdir.