03.04.2024, 10:39 - Baxış sayı: 104

Tələbələrlə “Azərbaycanın regional diplomatiyası” mövzusunda elmi müzakirə aparılıb


Tələbələrlə “Azərbaycanın regional diplomatiyası” mövzusunda elmi müzakirə aparılıb

Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və Sosiologiyası” şöbəsində Slavyan Universitetinin Sosial elmlər fakültəsinin regionşünaslıq (Azərbaycan üzrə) ixtisası üzrə elmi təcrübə keçən IV kurs tələbələri ilə Dəyirmi masa keçirilib.
Şöbənin aparıcı elmi işçisi siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev və elmi işçi Nailə Əlicanova tələbələrlə “Azərbaycanın regional diplomatiyası” mövzusunda elmi müzakirə apardılar. Müzakirə zamanı tələbələrə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili və xarici siyasəti, 44 günlük müharibə, regional iqtisadi güc təhlil olundu. Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırıldı.
Dəyirmi masada şöbənin əməkdaşları iştirak ediblər.
Tələbələrlə “Azərbaycanın regional diplomatiyası” mövzusunda elmi müzakirə aparılıb