29.03.2024, 10:44 - Baxış sayı: 111

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları şəhid ailəsini ziyarət ediblər

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları şəhid ailəsini ziyarət ediblər

24 saatlıq antiterror əməliyyatı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Qarabağdakı separatçı rejimə və oradakı qeyri-qanuni erməni silahlı qüvvələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatı növbəti dəfə Azərbaycan dövlətinin möhtəşəm Zəfəri ilə nəticələndi.
04.11.2023-cü il tarixində antiterror əməliyyatı zamanı ən uca Zirvə - Şəhidlik zirvəsinə ucalmış şəhidimiz Şadmanov Əkrəm Yunus oğlu da var. Əkrəm Şadmanov 1984-cü ildə Kəlbəcər rayonunda anadan olub. Rütbəcə polkovnik-leytenant olan Şadmanov “N” saylı hərbi hissənin qərargah rəisi olub. Şəhid hərbçimiz İkinci Qarabağ müharibəsində lokal antiterror tədbirlərində fəal iştirak edib. O Xocalıya ilk qədəm qoyan hərbçilərimizdən biri olmuşdur.
Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Qadınlar Şurasının sədri f.e.d. Lalə Mövsümova, Sosiologiya şöbəsinin müdiri f.e.d., Rəfiqə Əzimova, elmi işçi Xanımağa İsmayılova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bahar Məmmədova şəhidin ailəsini ziyarət etmişlər. Şəhidin ailə üzvləri və yaxınları ilə onun haqqında danışaraq xatirələrini bölüşdülər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!