29.03.2024, 07:09 - Baxış sayı: 94

Professor İlham Məmmədzadə Beynəlxalq Konfransda iştirak edib


Professor İlham Məmmədzadə Beynəlxalq Konfransda iştirak edib

29-30 mart 2024-cü il tarixlərində Özbəkistan Respublikasının paytaxtı Daşkəntdə “Türk dövlətlərinin qarşılıqlı faydalı inteqrasiya – davamlı inkişafın təminatı” adlı beynəlxalq elmi-praktik konfrans keçirilir.
Bir çox ölkə alimlərinin qatıldığı konfransın açılışında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə onlayn iştirak edib.
Konfransda İlham Məmmədzadə “Milli ideya və türk xalqlarının mədəni əlaqələrinin fəlsəfəsinin perspektivləri” mövzusunda çıxış edib.
Professor İlham Məmmədzadə Beynəlxalq Konfransda iştirak edib