27.03.2024, 10:09 - Baxış sayı: 84

Fəlsəfə və Sosiologiya İnstitutunda “Elm gününə” həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib


Fəlsəfə və Sosiologiya İnstitutunda “Elm gününə” həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

Martın 27-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Elm günü”nə həsr olunmuş “İnsan kapitalı, milli ideya və süni intellektin fəlsəfi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Giriş sözü ilə institutun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edərək qeyd edib ki, ilk öncə yaddaş, tarix, mədəniyyət bunlar arasındakı qarşılıqlı münasibətləri nəzərdən keçirməliyik. İdeologiya yalnız tarix və mədəniyyət demək deyil. O həm tarix həm də ideologiyadır. Milli ideologiyanın daşıyıcıları isə məhz bizlərik. Milli ideya problemlərinin siyasi, iqtisadi, mədəni və bir çox digər aspektləri vardır, lakin hər kəs başa düşməlidir ki, fəlsəfi konsept olmadan bütün məlumatları, bütün aspektləri bir araya gətirmək, problemi bütövlüyü ilə görmək, onun gələcəyini proqramlaşdırmaq çətindir. Yalnız fəlsəfi yanaşma milli ideyaya keçmişdəki, bu günkü və gələcəkdə olacaq əsas çağırışları aşkar etməyə, tarixin müxtəlif mərhələlərində dövlət və liderin rolunu dərk etməyə imkan yaradır. Professor çıxışında həmçinin, süni intellektin fəlsəfi problemləri məsələlərinə toxunub. Bu sahədə bir sıra məqamları qeyd etmişdir. Süni intellekt bir problem kimi bir çox elmi araşdırmaların aktual mövzusu olmuşdur. Fəlsəfə və Sosiologiya İnstitutunda “Elm gününə” həsr olunmuş beynəlxalq elmi konfrans keçirilibFilosofları süni intellektin mahiyyəti, onun şüurla təfəkkürün münasibəti, intellekt və süni intellekt arasındakı fərq məsələləri maraqlandırır. İndiki halda ondan istifadənin fəlsəfəni necə dəyişdirdiyini, hansı problemləri aktuallaşdırdığını və nəticədə nə əhəmiyyət kəsb etdiyini göstərir. Bu məsələlərin təhlili fəlsəfənin və digər elmlərin hansı istiqamətdə inkişaf edəcəyini və onların hansı funksiyalarına diqqət yetirilmənin zəruri olduğunu müəyyənləşdirməyə imkan verir. Sonra çıxışçılardan f.e.d.prof., Əbülhəsən Abbasov “İnsan kapitalı və milli intellektual sərvət”, Ərzurumdan Atatürk Universitetinin professoru, Kerem Karabulut “Eğitim ve Kalkınma”, f.e.d. Füzuli Fəlsəfə və Sosiologiya İnstitutunda “Elm gününə” həsr olunmuş beynəlxalq elmi konfrans keçirilibQurbanov “Yeni tarixi mərhələdə intellektin milli sərvətə çevrilməsi: milli ideya kontekstində”, Hollandiyadan Amsterdam Universitetinin professoru, İbrahim Yerdem “Şəxsiyyətin inkişafında süni intellektin təsiri”, f.ü.f.d. Məhəmməd Cəbrayılov “Epistemologiya və süni intellektin fəlsəfəsi”, siyasi.e.ü.f.d., dosent Günel Məlikli “Prezident İlham Əliyevin milli dövlətçilik fəlsəfəsi-insan faktorunun prioritetə çevrilməsi”, f.ü.f.d., dosent Şölət Zeynalov “Milli maraqlar, dialoq və müasirlik” adlı məruzələri ilə çıxış etdilər. Konfrans sual-cavab və müzakirələr formatında başa çatdı.
Fəlsəfə və Sosiologiya İnstitutunda “Elm gününə” həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
Fəlsəfə və Sosiologiya İnstitutunda “Elm gününə” həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
Fəlsəfə və Sosiologiya İnstitutunda “Elm gününə” həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
Fəlsəfə və Sosiologiya İnstitutunda “Elm gününə” həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib