19.03.2024, 08:58 - Baxış sayı: 127

Fəlsəfə və Sosiologiya İnstitutunun rəhbərliyi Novruz bayramı münasibəti ilə institut əməkdaşlarını təbrik edib

Fəlsəfə və Sosiologiya İnstitutunun rəhbərliyi Novruz bayramı münasibəti ilə institut əməkdaşlarını təbrik edib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə Novruz bayramı münasibəti ilə institut əməkdaşlarını təbrik edərək, hər kəsə cansağlığı, xoşbəxtlik, xoş günlər , elmi yaradıcılıqlarında uğurlar arzulayıb. Professor öz çıxışında bildirib ki, xalqımız tərəfindən qeyd olunan Novruz bayramı əsrlərdən gələn və bu gündə dünya üçün örnək olan milli birliyimizin və həmrəyliyimizin təmin olunmasına və güclənməsinə öz misilsiz töhfələrini vermiş, bayram ənənələri mədəni irs kimi nəsildən-nəsilə ötürülmüş, sülh, dostluq, barışıq anlayışları aşılamış, bəşəri ideyaların inkişafında mühüm rol oynamışdır. Sonra institut əməkdaşları - fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, kiçik elmi işçi Ceyran Hüseynli çıxış edərək, qarşıdan gələn Novruz bayramı münasibəti ilə hər kəsi təbrik ediblər.