18.03.2024, 06:55 - Baxış sayı: 111

Gənc alim Günel Məlikli sertifikatla mükafatlandırılıb


Gənc alim Günel Məlikli sertifikatla mükafatlandırılıbAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Azərbaycan Ordusunun Tədris Mərkəzində təşkil olunmuş konfransda zabitlər qarşısında “ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN PREZİDENTLİYİNİN 20 İLİNİN UĞUR SALNAMƏSİ” mövzusunda çıxış etdiyinə görə sertifikatla mükafatlandırılıb.
Çıxışında gənc alim Cənab İlham Əliyevin prezidentliyinin əsas konsepsiyası güclü iqtisadi bazanın formalaşdırılmasından, Yeni Azərbaycan Partiyasının monolit siyasi gücə, yüksək intellektə, kifayət qədər sanballı iqtisadi və siyasi təcrübəyə, qüdrətli və böyük ulu öndər Heydər Əliyev siyasi məktəbinə, şəffaf, sınanmış və şərəfli genetik keyfiyyətlərə söykənməsindən danışıb.
Qüdrətli sərkərdəmiz İlham Əliyevin böyük məharət və səbrlə, hesablanmış dəqiq addımları sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi və bu gün Ali Baş Komandan İlham Əliyev Azərbaycanı yeni yolla yeni hədəflərə doğru aparır - deyə, Günel Məlikli vurğulamışdır.
Gənc alim Günel Məlikli sertifikatla mükafatlandırılıb