"Heydər Əliyev və yeni liderlik: fəlsəfi-elmi təhlil" əsərinə bir baxış
Eynulla MƏDƏTLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə
direktor müavini, tarix elmləri doktoru
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi və məntiq şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun "Heydər Əliyev və yeni liderlik: fəlsəfi-elmi təhlil" adlı monoqrafiyası bu yaxınlarda nəşr edilmişdir. Maraqlı və dərin elmi-fəlsəfi məqalələri və çıxışları ilə ölkə ictimaiyyətinin yaxından tanıdığı tədqiqatçının bu elmi əsəri liderliyin fəlsəfi-elmi təhlili prizmasında ulu öndər Heydər Əliyevin liderlik fəlsəfəsinin tədqiqinə həsr edilmişdir. Müəllif liderlik haqqında fəlsəfə tarixində mövcud olan fikirləri, nəzəri-praktik fəaliyyətləri ümumiləşdirməklə, onları müasir fəlsəfi-elmi idrak kontekstində təhlil etmiş, Heydər Əliyevin liderlik fəlsəfəsinin nəzəri-praktik cəhətlərini siyasi varisliklə uğurla davam etdirildiyini əhatəli şəkildə araşdıraraq təqdim etmişdir.
Azərbaycan cəmiyyəti 1993-cü ilin iyununda Heydər Əliyevi yenidən rəhbərliyə dəvət etməklə milli liderə dərin inam və etimadını nümayiş etdirdi. Müəllif vurğulayır ki, bununla xaotik bir mərhələni siyasi baxımdan yeni bir dinamika ilə əvəz etmək şansı yarandı. Həmin dönəmdə Heydər Əliyev praktiki fəaliyyətində qısa müddətdə siyasi liderliyin üç keyfiyyətinin yüksək səmərəli sintezini reallaşdırdı - müstəqil Azərbaycanda partiya liderliyi, dövlət başçısı və xalq liderliyinin uğurlu harmoniyasına nail oldu. Bu hadisənin fəlsəfi anlamının əsasında müəllifin qeyd etdiyi kimi, yeni bir məzmun, mahiyyət əsas yer tuturdu, çünki XX əsr Azərbaycan dövlətçilik tarixində ilk dəfə idi ki, bir şəxsin timsalında uğurlu siyasi, milli və sonra ümummilli liderliyin vahid obrazı yaranırdı. Bu, müasir mərhələdə liderlik modelində siyasi, sosial, mədəni, mənəvi-əxlaqi və ideoloji çalarları olan yenilik idi. Bu yenilik sayəsində Azərbaycanda müasir müstəqil demokratik dövlətin uğurlu liderliyinin yeni modeli formalaşdı.
Beləliklə, Heydər Əliyev XX əsrdə Azərbaycanda yeganə liderdir ki, ümummilli lider statusuna yüksəldi. Bu yüksəliş uzun illərin zəngin təcrübəsi, siyasi xadim kimi yüksək keyfiyyətləri, Lider kimi Vətən sevgisi əsasında siyasi-diplomatik və idarəetmə məharəti və millətin maraqlarını təmin etmək qüdrəti sayəsində reallaşdırıldı.
Bu dəyərli araşdırmada filosof diqqəti bir məsələyə cəlb edir ki, hazırkı şəraitdə dünyanın müxtəlif ölkələrində liderlik xüsusilə aktuallaşmışdır və onun bəşəriyyət üçün önəmi getdikcə artmaqdadır. Məsələnin bu cəhətini filosoflar, siyasi xadimlər, analitiklər, strateqlər, lideroloqlar, sosioloqlar, kulturoloqlar da vurğulayırlar. Belə təəssürat yaranır ki, dünyanın qloballaşma və rəqəmsal mühitində riskli, ziddiyyətli və bu mənada mürəkkəb vəziyyətə transformasiya dərinləşdikcə, gözlər, ilk növbədə, liderlərə tərəf çevrilir. Qeyd etməliyik ki, ölkəmizin müstəqillik illərinin əvvəllərində həm Ermənistanın işğalından, həm də bir sıra daxili və xarici təsirlərdən qaynaqlanan dərin böhran və müstəqilliyin itirilməsi təhlükəsi ilə üzləşən xalqımızın böyük əksəriyyətinin elliklə Heydər Əliyevə yeganə ümid və pənah yeri kimi baxması, məhz onun xilaskar kimi ölkəni və dövləti qurtaracağına inamı müəllifin bu fikrini təsdiqləyir.
Müəllif əsərdə belə bir tezis irəli sürür ki, liderlikdə olduğu kimi, dövlətçilikdə də varislik fəlsəfi baxımdan mühüm şərtdir. Araşdırmalar göstərir ki, dünyada hələlik bu məsələdə uğurlu nümunə haqqında universal formul mövcud deyildir. Lakin hər bir ölkənin konkret durumundan asılı olaraq uğurlu siyasi varislik formulunu müəyyən etmək mümkündür. Burada fəlsəfi-elmi aspektdə başlıca şərt siyasi varisliyin dövlətçilikdə davamlılığı təmin etməklə uzlaşmasına nail olmaqdan ibarətdir. Yəni siyasi liderlikdəki davamlılıq dövlət quruculuğunda davamlılıqla uyğunlaşmalı və həmahəng olmalıdır. Postsovet məkanı dövlətlərinin təcrübəsi göstərir ki, ancaq Azərbaycanda sözün həqiqi mənasında varislik prinsipi yüksək səmərə verməkdədir. Burada dövlətçiliyin güclənməsi ilə siyasi varisin lider kimi nüfuzunun yüksəlməsi bir-birini tamamlayır. Bu, o deməkdir ki, ulu öndər siyasi varisliyi dövlətçiliyin inkişafı ilə sıx əlaqələndirən formulu müəyyən etmiş və varisin lider kimi yetişməsində həmin məqamı yüksək səviyyədə nəzərə almışdır.
2003-cü ildə Azərbaycan Respublikasına Prezident seçilən İlham Əliyev XXI əsrin çağırısları zəminində dövlət başçısı vəzifəsini siyasi-milli liderliklə sintez etməyə başladı. Bu liderliyin ümumi hədəfi milli demokratik dövlətçiliyin inkişaf etdirilməsi strategiyası çərçivəsində müəyyən edilmişdi. F.Qurbanovun fikrincə bu hədəflərdə üç başlıca istiqamət var idi - birincisi, güclü dövlət quruculuğunu yeni səviyyəyə yüksəltmək; ikincisi, güclü dövlət quruculuğu ilə güclü və demokratik vətəndaş cəmiyyəti quruculuğunun harmoniyasına nail olmaq; üçüncüsü, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək.
Müəllifin nəzərincə, məsələnin bu cür qoyuluşu dövlət başçısı-liderin faktiki olaraq yeni liderlik keyfiyyətinə malik olmasını tələb edir. Konkret fəlsəfi-elmi tərzdə ifadə etsək, xilaskarlıq missiyası quruculuq, birləşdiricilik, çeviklik, kreativlik, idarəetməni təkmilləşdirmək kimi keyfiyyətləri ilə yanaşı, çoxvariantlı yeniləşmələrə tam hazır olmağı da özündə ehtiva edir. Çoxvariantlı yeniləşmələr strateji zəka, iradi qətiyyət, praqmatik fəaliyyət, daxili, regional və qlobal miqyasların yeniləşməsi məntiqlərini uyğunlaşdırmaq kimi keyfiyyətlərə malik olmağı zərurətə çevirir.
Beləliklə, İlham Əliyevin yeni liderliyində azərbaycançılıq və multikulturalizmin ölkədaxili mühitdə birliyi və qlobal miqyasda azərbaycanlıların həmrəyliyinə nail olmaq istiqamətlərində atdığı addımlar xüsusi yer tutur. Bu iki səviyyədə azərbaycançılıqla multikulturalizmi real ortaq sahəyə gətirən başlıca faktor Azərbaycanın güclü dövlət olmasıdır. Güclü dövlət də güclü və monolit toplumun formalaşmasında həlledici rol oynayır. Bu mənada daxili birlik güclü dövlət olmaqdan birbaşa asılıdır. Güclü dövlət həm nüfuz imkanlarına malik olur, həm də bu imkanları reallaşdırmanın praktiki təşkilini həyata keçirə bilir.
Füzuli Qurbanovun bu orijinal tədqiqat işi ümumnəzəri-metodoloji özəlliklərin işığında Azərbaycanda yeni liderliyin fəlsəfi-elmi dərki üçün bir sıra vacib və strateji əhəmiyyəti olan parametrləri aydınlaşdırmağa imkan verir. Müəllifin Güclü Dövlət və Vətəndaş Cəmiyyəti quruculuğu konseptinin ümumi çətiri altında Böyük Millət quruculuğu, postmünaqişə mərhələsində yeni liderlik, Zəfər fəlsəfəsi və strateji inkişaf sənədlərində liderliyin ifadəsi və rolu ilə bağlı təhlilləri maraqlı nəticələr almağa şərait yaradır.
Maraqlı tədqiqat işində gəlinən qənaətlərin mərkəzində bu tezis dayanır: Azərbaycanda XXI əsrdə Yeni Lider siyasi varislik, kreativlik, praqmatizm və yüksək rəqabətliliyə davamlı dövlət-cəmiyyət vəhdətinin yaradılması kimi parametrləri özündə ehtiva edən məqsədlərə çatmaq üçün zəruri olan keyfiyyətlərin daşıyıcısı olmalıdır. Yeni Lider Azərbaycanı uğurlu gələcəyə aparmalıdır. Azərbaycan Respublikasının belə bir Lideri vardır: İlham Heydər oğlu Əliyev!
"Respublika-news.az"