04.06.2018, 15:20 - Baxış sayı: 819

Fəlsəfə İnstitutunun əməkdaşı Tatarıstanda ezamiyyətdə olub


Fəlsəfə İnstitutunun əməkdaşı Tatarıstanda ezamiyyətdə olub28 may - 1 iyun 2018-ci il tarixində Rusiya Federasiyası Naberejnıe Çelnı Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə “Fənnlərarası tədqiqatlara həsr olunmuş seminar” keçirilmişdir. Seminarda AMEA Fəlsəfə İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Sakit Hüseynov iştirak etmişdir. Tədbirdə çıxış edən Sakit Hüseynov əvvəlcə Naberejnıe Çelnı Dövlət Pedaqoji Universitetinin yaradılmasının 28-ci ildönümü münasibətilə universitetin müəllim və tələbə heyətini təbrik etmiş, sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü ilə bağlı tədbir iştirakçılarına geniş məlumat vermişdir. Sakit Hüseynov cəmi 23 ay fəaliyyət göstərmiş AXC-nin siyasi-iqtisadi, təhsil və hərbi sahələrdə gördüyü mütərəqqi işləri seminar iştirakçılarına çatdırmışdır. Seminar iştirakçıları AXC ilə bağlı tədbir iştirakçılarının suallarına cavab vermişdirlər.
Fəlsəfə İnstitutunun əməkdaşı Tatarıstanda ezamiyyətdə olubSonra Naberejnıe Çelnı Dövlət Pedaqoji Universitetinin rektoru Alfinur Qaliəkbərova Azərbaycan və Tatarıstan arasında elmi və pedaqoji əlaqələrin inkişaf etdiyini vurğulamış və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə bağlı Azərbaycan xalqını təbrik etmişdir.
Səfər zamanı Sakit Hüseynov Rusiya Federasiyası Kazan Universitetinin Şərqşünaslıq fakültəsinin banisi “Mirzə Kazım bəyin nümunəsində tədrisin metodikası” mövzusunda (36 saat) Naberejnıe Çelnı Dövlət Pedaqoji Universitetinin müəllim və tələbə heyəti qarşısında mühazirələr oxumuşdur.
Daha sonra 31 may 2018-ci il tarixində Naberejnıe Çelnı Dövlət Pedaqoji Universitetinin Elmi Şurasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” mövzusunda məruzə ilə çıxış etmişdir.